(Şərq üçün)Xəzan pəncəsində saralan güllər,Şübhəsiz, şənlənib güləcək yarın.Həsrətlə çırpınan xəstə könüllər,Pək dadlı nəşələr sürəcək yarın.

Qırılacaq kirli, dəmir qəfəslər,Daha gəlməyəcək o yanıq səslər,Qaranlıqlardakı inləyən kəslərYaşlı gözlərini siləcək yarın.

Şərqə hökm edərkən qabarlı əllər,Qönçələr verəcək soluq əməllər.Bir şənlik görməyən o issız ellərSəadət nə imiş, biləcək yarın.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов