Əmoğlu
(Sabirə nəzirə)Beş gündü cahan, dövləti neylərsən əmoğlu?Elmi, hünəri, sənəti neylərsən, əmoğlu?Ölç kölgəni gündüz, gecə bax ulduza, ayə,Kafər qayıran səati neylərsən, əmoğlu?Bozbaş dediyin başə bəla, cane xətərdir,Yat, dur səhər olsun, əti neylərsən, əmoğlu?Üryan gələcək məhşərə məxluq təmamən,Alma nisiyə, xələti neylərsən, əmoğlu?Biqeyrət edər ağlamaq insanı, deyerlər,Xərc eylə gedə, qeyrəti neylərsən, əmoğlu?Bağla belüvə qeyrəti, namusu, həyanı;Sat qəddərəni, Hacəti neylərsən, əmoğlu?Arxa yaralı, baş xoralı, sinə cərahet,Bu zəhmət ilə cənnəti neylərsən emoğlu?Sən rum qızını bəsle Bəyoğlunda2, damş gül!İrandakı ac külfəti neylərsən, əmoğlu?Huri verecəklər sənə: xərmən kimi zülfü,Bir kəlləsi daz övıəti neylərsən, emoğlu?Vaiz ki, satıbdır sənə cənnati-nəimi,Şahiddi xuda, Höccəti neylərsən, əmoğlu?Saqqalı uzun, kəlləsi küt, fikri dansqal.Sən surətə bax, sirəti neylərsən, əmoğlu?Möcüz danışar bal kimi, aç ağzuvi, dinlə,Qəndi, rətəbi, şərbəti neylərsən, əmoğlu?
Kitabxana.az · https://kitabxana.az/ru/works/mocuz-emoglu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Arvadın bilsə yazıÖzü yazar kağızı,
Sizə mən neyləmişəmBaşıma zülf qoyub saqqalı yoldurmamışam,Xəlqdən rüşvət alıb kisəmi doldurmamışam,
VətənNeçin ah eylədin, ey bülbüli-nalani-vətən,Yaduva düşdü məgər hali-pərişani-vətən?
YaşamaqNə xoşdi bir sənəmi–məhcəmal ilən yaşamaq,Həmişə izzətü cahü cəlal ilən yaşamaq.