Çək başuvu yorğan içinə!
Dilbər istər apara mülçünü müjgan içinə,Ey xuda, küfr girir din ilə iman içinə.Şanə zinət verir ol türreyi-cananə genə,Mişgü ənbər tökülür ənniyü kirşan içinə,Kəlbətinə gələ o dişlərin, ey şaneyi-şum,Dişlərin basma elə zülfi-pərişan içinə,Məşgüvi çiynivə al, sən də əya əbri-bahar,Əxtəri-fikrim edir əzm gülüstan içinə.Sən də bir badeyi-külgun ilə şad eylə məni,Saqiya, qoyma qəmi daxil ola can içinə,Şəhri şəban, deyirlər, edəcək köç bu gün,Mahi-rövzə salacaq Yusifi zindan içinə.Qorxuram nagəh edə həmlə bizə mahi siyam,Necə ki, qurd girər bir sürü heyvan içinə.Al qılıncın ələ, yığ başuva beş-altı nəfər,Rastuza keçsə, tökün qanını meydan içinə.Gözüzü dörd açın, oğlan, deyirəm mən sizə ha!Bir daha çıxmaz oruc, girsə müsəlman içinə.Gəldi, ha, gəldi, gedə, qoymayın, ha! Qaç, saqi,Qılıcı sal yerə, sox başuvu qalxan içinə.Dustan! Hazır edin çəngini bu məclisə tez,Şairin mürqi-dili düşdü zənəxdan içinə.Rəmazan bir ox atıb, parələdi qəlb evini,Göz yaşım oldu rəvan çay kimi fincan içinə.Genə verdi hərəkət başına qarelərimiz,Vəlvələ saldı yoğun səsləri eyvan içinə.Oxuram ayələri, bilmirəm allah nə deyir,Baxıram bəndə fəqət mal kimi, Quran içinə.Genə vaiz əlinə aldı cəhənnəm çubuğun,Belə bərk xanələri saldı o mizan içinə.Min tümən rəddi-məzalim gətirib Şimr mənə,Çəkil, oğlan, atıram rövzeyi-rizvan içinə.Bu necə sözdü deyirsən, ağa, qurbanın olum,Yoxsa israr qoyursan gecə qəlyan içinə?Rey həvasilə Hüseyn başını kəsdi o ləin,Şimri də, Yezidi də at, gedə Tehran içinə.Səcdəgahə qoyaram kiseyi-simü zəhəbi,Elərəm səcdə o qədri, girə şeytan içinə.Möcüz! Axır oruca meyl edənin cürmü də var,Aşikar eyləmə, çək başüvu yorqan içinə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mocuz-cek-basuvu-yorgan-icine
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Xudaya, bəhəqqi birincü kərə,Mənə tez bərat eylə beş-on lirə!
AxtarırDilbəra! Bu rind genə bir yağlı qurban axtarır,Bu qələtdir kim, deyərlər, əhli-iman axtarır.
AğalarO xaliq ki, girdə edib mazını,Alınımaza yazıb qara yazını,
AxtarmaDuanəvisdə kəşfü kəramət axtarma,Buyur həmamə və lakin nəzafət axtarma!