Duanəvisdə kəşfü kəramət axtarma,Buyur həmamə və lakin nəzafət axtarma!Onun ki, oxdu həlalü həramdən baki,O hiyləgərdi, sən onda dəyanət axtarma.İtin sədaqəti var, qoy yanında gövduşi,Pişik yalançıdı, onda sədaqət axtarma.Biri deyə: Oxuma, yazma, getmə mədrəsəyə;Onun sözündə-bezində ləyaqət axtarma.Edib xərab tütün tüstüsü onun beynin,Çubuq çəkən qafalarda fərasət axtarma.Kağızuvi yaz özün, sirrüvi demə xəlqə,Oxu səbahü məsa, xabi-rahət axtarma,Qızıl itər, aparar oğru-əyri, sən ey qız.Suvay elmü kəmal, ayrı ziynət axtarma,Araş fəqiri, soruş binəvalərin halın,Madam tuman, zəri yəl, tirmə çərqət axtarma!Ərin məzacini tap, qaynananla rəftar et,Qapı-qapı dolanıb, falçı övrət axtarma.Ayın onu, on üçü birdi, gör bu gün işüvi,Sabahə qoyma işün, "yaxşı saət" axtarma.Anam deyər: Qərə başmaq günahdır. Ey Möcüz,Hələ bu taifədə elmə rəğbət axtarma.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов