Əzizim
Əzəl səni sevdim, sonra ayrıldımOldu mənə müşkül hallar əzizimƏşkim cəllad fərmanından durulduAxdı didəmdən seyllər əzizim
Qismət olsun bir də tutum əlindənŞəkər əmim dodağından, dilindənMətləbimə yetim, qucum belindənQoy salım boynuna qollar əzizim
Qoynundur şəmamə, yüzün gül dəstəHəsrətin çəkməkdən olmuşam xəstəNazimim göndərrəm sən təki dostaSovqat üçün qızıl güllər əzizim
Kitabxana.az · https://kitabxana.az/ru/works/ilisulu-molla-mehemmed-nazim-ezizim
Клавиши ← → для перехода, R — случайное стихотворение