Nədir bu nazü istiğna, gecə oldu səhər axir,Könül şad eylə bir tək busə ilə ey gözəl, axir!

O güllər ki, açıbdır gülşəni-hüsnündə rəngarəng,Həmişə eylə tər qalmaz, bala, vallah, solar axir!

Dedim: saqi, gülərsən sən niyadaim? Dedi: çünkiGülən də, ağlayan da, dari-dünyadan gedər, axir.

Al, iç bu badeyi-nabi, xəyalət ilə əlləşmə,Danış, gül, oyna, cəlladi-əcəl qanın tökər axir.

Fələk bir tac ilə bir təxt vermişdi Kəyumərsə,O tacü təxtə oldu namizəd ali-Qəcər axir.

Yüz il qan ağladı millət, vəli, ahəstə-ahəstə,Tükəndi qəlb evində səbr, ucaldı nalələr axir.

Vətəndə qalmadı bir yer ki, viran etməsin Qacar,Fərar etdi vətəndən milləti-xunincigər axir.

Min üç yüz qırx iki il keçdi çün tarixi-hicrətdən,Qəza səsləndi: Zalim, dur görək, bəsdir, yetər axir!

O qəsri ki, edərdi səcdə millət asitanində,O qəsrə qaldı həsrət zadeyi-bidadgər axir.

Макта — последний бейт с тахаллусом поэта. Xilas oldu Vətən, əhli Vətən, Möcüz, bihəmdüllah,O təxti badə verdi padişahi-bihünər axir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе