Tonqal
– Şair, başın ağarıb,Saçlarına düşüb qar,Nə gözündə təbəssüm,Nə üzündə gülüş var.De, niyə pərişansan?!– Yox, soruşma bunu sən,Bu bir karvan yüküdür,Çəkirəm çiynimdə mən!..Dünya, yaman çalxanır,Dağılarsa təməli,Od vurub yandırarsaOnu bir namərd əli,Düşün sən də, qardaşım,Sən də düşün bir anlıq, –Sönər bütün kainat,Batıb gedər insanlıq!..– Bəli.. Ağır dərddi bu. –Rəngin birdən saraldı,Elə bil ki, üstünüBoran aldı, qar aldı?!– Çoxdandır ki, gözlərimYuxu nədir bilməyir,İztirabdan, fikirdənÜrəyim dincəlməyir!..Dünya insan eşqinəNə sönür, nə dayanır.Gecə-gündüz içimdəBir böyük tonqal yanır!..Demə, başın ağarıb,Gülüşün də donubdur:O tonqalın külüdürSaçlarıma qonubdur.Mən getsəm də dünyadan:Bəzən coşqun, bəzən lal,Yanacaqdır şerimdəAlovlanan o tonqal!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zeynal-xelil-tonqal
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Şiveyi-əhli-zamanə bəzmi-qəndü çaydırKimsədə əndazə yox, hər kimsənə xudraydır
OluramUzaq yoldan gələn yarım,Yoluna qurban oluram,
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur
YadigarSallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,