Əgər gözüm kor olsa,Baxaram dünyaya mənVicdanımın gözüylə.Əgər dilim lal olsa,Danışaram zamanlaBulaqların sözüylə.

Döyüşdə parçalansaBir dostumun ürəyi,Ürəyimi verərəm!Susuz, qorxunc səhradaAc qalsa bir göyərçin,Çörəyimi verərəm!Əgər günəş qaralsa,Dönüb bir şama həmənİşıq ollam insana;Ulduzlara nur veribZülmətli gecələrdəKül ollam yana-yana...

Bir gün bu amal iləƏgər getsəm dünyadan,Ağlamayın heç zaman...Təki dünya var olsun!Təki vicdan var olsun!Təki amal var olsun!Təki insan var olsun!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов