Alçadan özgə məgər yoxdu təamın, Yusif,Alçadan oldu mənə töhfə salamın, Yusif.

Düyünü, arpanı, buğdanı qoyub anbarda,Acdır eylədiyin ənam-ikramın, Yusif.

Bəhmər və irçal və nar-danəcə adın çəkməzsən,Bir sər bunlara oxşar nə nizamın, Yusif.

Dövərək sirkə xiyarın dəxi ab qurənin,Bunların dəvətinə yoxdu dəvamın, Yusif.

Dənə alça ilə mürğümi damə salmaqHeç olmaz, qalacaq boş dəxi damın, Yusif.

Alça ol qədərdir, ey dost, bizim bağlarda,Elə burdan da olur hasil kamın, Yusif.

Doludur kağız gər alça ilə malamal,Alçadandır bu qədər tul kəlamın, Yusif.

Təmi şitdir qara su kimi sizin alçaların,Heyfdir yeyməni, təlx ola kamın, Yusif.

Görməmişsənmi mənim təb'imin ə'lalığını,Çox mənim ilə keçib sübhlə şamın, Yusif.

O qıraqlı deyiləm, alçadan ötrü yüyürəm,Tərk qıl belə xəyalat-i əvamın, Yusif.

Yoxdur ağzımda dişim alçanı mən çeynəməkə,Diri od samda olur tə'n-i əvamın, Yusif.

Odmalı olsam əgər alça boğazımda qalur,Məni öldürməkə var yoxsa məramın, Yusif.

Hatəmin qəbrinə urdun bu səxavətlə təpik,Yayılar aləmə bu vəchlə namın, Yusif.

Alçadır meyvələrin cümləsinin alçağı,Alçadan qeyrə gəlüb mah-i siyamın, Yusif.

Bari tut yeməyə çağır məni, çox yumşaqdır,Mehribanlıq işi ta ola təmamın, Yusif.

Üstümü unlu görüb sanma dəyirmançı məni,Xam xəyal eyləmə, çox çəkdi bu xamın, Yusif.

Zənn qılma axar ağzım suyu alça görsəm,Doludur alça ilə bağı xalamın, Yusif.

Çox sağ ol, mərhəmətin gün-bəgün əfzun olsun,Öz evidir sənin ol xanə-i xiyamın, Yusif.

İnşallah gələrəm təzliklə qulluğuna,Alaram ləzzətin ol söhbət-i tamın, Yusif.

Alçanın vaxtı əgər keçsə də, fikrim yoxdur,Mey-i vüslətilə dolsun təki camın, Yusif.

Molla İbrahimə qayətdə salamım vardır,Xaliq etsin onu məscidə imamın, Yusif.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов