Bütün zalımların yurdu, İlahi, tarümar olsunFüqərəyə zülm edən şəxsi yaman dərdə düçar olsun

Əvam içrə təkəbbürlə gücündən dəm vuran zalımBilüb əybin bu dünyada həmişə şərmsar olsun

Quyu qazsa əgər bir kəs özündən gücsüz əşxasaÖzü düşsün həman çaha, nəsibi mur-u-mar olsun

Var ümidim əgər bir kəs bu dünyada bəxil olsaNə cür rövşən ola ömrü, gərək axırda tar olsun

Əməl azsa, xəta eylər, məsəldir bu biz İslamdaHamu tuğyançılar, yarəb, görüm axırda xar olsun

Haramxor, rüşvətxor, xain, füqəra qanın soran cəlladRəvadırmı belə adam cahanda bəxtiyar olsun

Gələr adil olan hakim, gəlib səndən hesab istərBuyurar düz ver hesabı, məxfi zülmün aşikar olsun

Nə qədər fitnələr yapdın, durub bir-bir hesabın verSənin çün bu geniş dünya qaranlıq bir məzar olsun

Görüm, yarəb, o xain kim özündən başqasın sevməzKeçib ömrü zəlalətdə, işi həm ah-ü-zar olsun

Unutdun beş sözün, Aslan, çahar ətrafə əl çaldınYarar artıq təmə başın, odaş qəlbin qubar olsun

Случайное стихотворение

Стихи других поэтов