Avtomobil müfəttişi
Dan yerinə səda düşür,Gur maşınlar hey ötüşür.Səni görcək usta keçir,Yavaş sürür, asta keçir.
NəqarətVaxt gözləmir yol bələdçim,Mavi işıq yandır – keçim.Ey şirindil müfəttişim,Avtomobil müfəttişim.
NəqarətGecə keçir, əsir külək,Sən ayıqsan keşikçitək.Sənsiz cəfa çəkə bilər,Hər qəzadan bizim şəhər.
NəqarətEy sürücü, ey piyada,Bərk ayaqda yetiş dada,Ona sadiq köməkçi ol,Sənindir yol, mənimdir yol.
Nəqarət
Kitabxana.az · https://kitabxana.az/ru/works/islam-seferli-avtomobil-mufettisi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Qəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
Dilək ölməzYüksək dilək, ay dilək,Aydın dilək “ay” dilək,
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.
Bizdə də var, sizdə də varBir qaç ərbabi-həya sizdə də var, bizdə de var.Hədəfi-tiri-qəza sizdə də var, bizdə də var.