Şiveyi-əhli-zamanə bəzmi-qəndü çaydırKimsədə əndazə yox, hər kimsənə xudraydırFərq yoxdur kimsədə, ba cay ya bicaydırVadiyi-vəhdət kimi şahü gəda yektaydırAdəti-təryaq tək hər gün qədəhpeymaydır

Qənd qayətdə lətif ü ağ, şirin, dilpəsəndGül bədənlər cismi tək şəhd ü müsəffa, eyni-qəndQafi-qüvvət, nuni-ne'mət, dali dev nəfsə bəndBir əcəb tutidi bu kim seyd qılmaz hər kəməndSimə fəqr əhlinə əl verməyən ənqaydır

Çay bir ziba çiçəkdir aləmə olmuş ətaLütfi-Sanedən sivə kim söyləsə, söylər xətaBir nəbatül-hüsndür kim əhsəni-lütfi-qizaƏnbəri-səhər bahar, cövhəri-ətri-səbaGül, giyah, güldən bil-mərrə müstəsnaydır

Leyk bu bərgi-lətif, səbzeyi-abi-həyatLeyk bu lö'löyi-nab, rəşheyi-şaxi-nəbatLeyk bu nəsrin, gül, reyhan, bu müşkin sifatLeyk bu dəşti-Xəta ahusi, tibi-tibatHər kəsə olmaz müyəssər, sünbüli-zibaydır

Simvarın heyəti guya səməndər, pər SürüşRuzü şəb xurdü şərabi abü atəş, dilxuruşYa çü sərvi-kuhdur, başında çaynın tərfə quşEşq ilə əfğan edər, bir zəmzəmə, yüz ləhcə cuşSanasan bir cəhcəhi yüz bülbüli-şeydaydır

Ya müşəbbək qübbeyi-zərrindir atəşnigarKureyi-aləm kimi çar ünsürü zimnində varSəhərdir guya, vücudu, ruhi yox, cismində harNə'rəkeş, suzişnəfəs, səfrabədən, səvdanəcarAşiqi-nalan kimi kim əşkdir, kim naydır

Bir gözəl məşrəbdi, Xosrov görmüyüb bu qismi-abRəngi gül, ətrində hil, şövqü səfa, zövqü şərabGör nə məhfildir bisati-çay, nuri-aftabİstəkan ü çay, qaşıq, qənd, limu, şiri-nabŞəbnəmü cami-şəqayiq zinəti-səhraydır

Ya tüladan çeşmələnmiş bir əcibə eyndirAbü atəş cəm' edübdür, məcməi-zidyəndirBa vücudi inkə təbayün onlara mabeyndirBir bədəndən baş götürmüş, bəzmi-eyşə zeyndirFil-məsəl guya çəməndə bir gülü rə'naydır

Simvarın dəstgahı ovcü rif'ətdir, cəlalÇayi-ziba, fərşi-diba, xadimi-sahibcamalÇayi-ə'la, qəndi-əhla, zərfi-rəngin, səbzü alSuyu çox qayətdə müsəffa, çox lətif ü çox zülalSanasan şəffaf şişə ya dürri-beyzaydır

İstəkanlar qəsri-əbyəz, çayi-qırmızı cismi-hurYa düşüb rəngi-qəmərdən sahəti-dünyayə nurYa məgər ibraz olub keyfiyyəti-qəlb ü hüburBarəkallah, bəzmi-işrət həm cəlal ü həm sürurBadeyi-səhbandır, bu badeyi-səhbaydır

Çayü qəndin ləzzətin bir əhli-ləzzətdən soruşNəhri-Kövsər şərbətin əshabi-cənnətdən soruşPadşahlar xil'ətin ərbabi-xidmətdən soruşLə'lü gövhər qiymətin bir mehri-tə'lətdən soruşQədri-zər bir kəs bilür kim arifi-kimyaydır

Çay bir seyli-ətadır, natəvan etməz qəvamCuşişi-Ceyhunə qılmaz dağı-Türküstan dəvamÇaydır adı, vəli dəryayi-Qülzüm, ey qulamGirmə bu dəryayə, qılma xərc, olma binizamÇox səfayin yüklərin qərq eyləyən dəryaydır

Əhli-dövlət çay içsə, nuşbad olmuş qəyimHaqq verib, haqqı budur, içsün gərək əhli-nəimƏhli-dövlət fil-həqiqə məzhəri-lütfi-kərimFəqr əhli çay içsə, şaribun şurbəl-himBir günəh hökmündədir, həddən çıxıb rüsvaydır

Leyk fəqrə çay içmək bir əməldir çün günahÇayü qəndin bilməsün adın gərək ol bipənahHər qədəh çay içməyi bir kaseyi-zəhrü əşk ü ahZərrə-zərrə pul qazanub fərş edə bu dəstgahHər nə təşbih eyləsün, ondan da bədbalaydır

Simvarın hər əsasi-hüsnü çün hüsni-HəsənArifi-bizövqdür bu bəzmdən ülfət kəsənSərbəsər şurü nəvadır, nəğməxan, tarzənAxırı bir cuş ilə ahəng edər kim sanasanBörk götürmüş, sumsiyə rəqs eyləyən Talaydır

Ya əxi, im'an qıl, nuri-cila öyrətmişəmMə'niyi-şirin ilə zövqü səfa öyrətmişəmÇayü qəndi, pənd üçün fəndi-hüda öyrətmişəmMən sənə bu nəzmdə və'zi-Xuda öyrətmişəmYatma, yatma, sanma bunlar tifl üçün laylaydır

Çay layiqdir əmirə, əğniyayi-dövlətəÇox əcəb şayistədir şanü cəlalü şövkətəMəclisə, bağa, otağa, əmrü nəhyi-xidmətəBir fərəhdir dilküşa, zinət verir hər zinətəBəst edən dəmdə bisatın gör nə mehnətzaydır

Çayü qəndü cahü fənd puç olur cümlə tamamTəxtü bəxtü xabü rəxt tərk olurlar, la kəlamPulü dövlət, zorü sövlət, xalü xət bulmaz məqamFəqrü üsrət, eyşü işrət məhv olur əz xasü amÇün fəna mülkidi bu, eyvan yıxan dünyaydır

Masəvəllah bir qalan ruh ü əməldir, bişü kəmFürsətin məqdurkən, qəvi taəti-şahə qədəmBir nəfəsdir ömri-dünya, pişü pəs mütləq ədəmE'tibarı yox həyatın, küç bəküçdür dəmbədəmZəngi-rehlət səs verir, hər səmtdən yüz naydır

Bu cahanə çox peyğəmbər gəldi pak ü getdi pakÇox xəzain sahibi Qarunlar oldu həlakÇox şəhənşəh mehr əfsər çıxdı təxtə, oldu xakNadir ü Teymur, Kəsra, Keyqubad ü HindrakYa Sikəndər, ya Cəm ü Cəmşid, ya Daraydır

Köhnə dünyadır bu dünya, çox səra viran edibÇox səraməd pəhləvanı bisər meydan edibÇox şəhiri-qərbü şərqi xakdə pünhan edibÇox məqami-işrəti mənzilgəhi-əfğan edibHər qədəm nəqşi əcəb qəmxaneyi-sədvaydır

Aqil oldur mütləqa qafil deyil üqba üçünLəhzə qəm çəkmiyür əndişeyi-dünya üçünElminə fəxr etmiyüb, eylər əməl üxra üçünPəs nə tövzih eyləyim rövşən sözü dana üçünBu sözə əhli-zamanın əksəri danaydır

Dövləti-dünyandır, dünyayi-dövlətdir qəna'Gəl qənaət gənzini eylə hər zamanda ictima'Bavəfadır, baqidir, bifənadır, binizə'Dövləti-dünya sərasər fikrdir, qəmdir, süda'Hər iki dünyada, billah, zəhməti-bicaydır

İki şahrahə mükəlləfdir bəni-növi-bəşərXah şakir, xah kafir, rahi-xeyrü rahi-şərTaətü isyan olur mizan fi yövmil-həşrKim günah etsə, yəqina dozaxə bişək düşərKim səvab etsə, məqamı cənnətül-mə'vaydır

Xəzü diba vü səmuri eyləmə zibi-bədənTaqi-eyvani-cəlali eyləmə tərfi-çəmənDəmbədəm hüsni-səliqə etmə zibi-əncümənYadə sal bir qəbr halın, qara toprağ, ağ kəfənGör necə vəhşətsəradır, gör nə zülmətcaydır

Bir əcəb təb'i-dəni bəzi qəni şə'nində varİstimai-əhli-himmət qəlbin eylər əngədarDövləti qayətdə çox, vermək əli qayətdə darBilmiyür əhvali-fəqri kim necə eylər mədarBir günü fəqr atəşinin dozaxa min aydır

Dövlətin hüsnü budur gər istəsün, ey növcavanRəngini fəxriyyədən gülnar edə ya ərğavanRəhm, zillət, bəxş, himmət, lütf, ne'mət, fərş, nanDövlət ilə nəcl, həqqa, bir bəladır, əlamanNəxli-xurmayə sarışmış mari-mərdizaydır

Ey Xəta çayı içən, rahi-xətadan eylə arEy şəkər nuş eyləyən, gəl eylə şükri-KirdigarAxirət fikrində ol, dünyayə etmə e'tibarTərk olub dünya gedər, məcmuyi, kəlla, hər nə varFürsəti fürsət bilün, keçdi, keçən heyhaydır

Hansı alim halına bəxş ilə etdün iltifatHansı seyyid ya fəqirə verdün xüms ü zəkatHansı pərdə vəqf edibsən baqiyati-salihatMəscid ü xan ü dükakin, bağ, pul, nəhr ü qənatAldadub dünyasını çox hiyləgər dünyaydır

Çay cay xərcdir, bu xərcdən səd ehtiyatQənd qeydi-sərfdir, qeyd içrə bil olmaz nəşatİstəkanə istikanət axir olmuş irtibatSimvarə simi var əhli qurur bəstü bisatBilmiyür məhşər bisatın kim necə qovğaydır

Bir məlulu şad qılmaq ləvhi-ə'mal kitabBir fəqirə yar olmaq ənnəhu hüsnüs-səvabBir həqirə dadə yetmək bir əməldir müstətabSimə bəxş ü tərəhhüm çox səvab əndər səvabHər əməl ziba isə bəxşiş dəxi zibaydır

Ey biradər, taət ilə ömr getdi bit-tamamGün aşub dağın başından, dəmbədəm dər vəqti-şamAxirət fikrində ol, fövtün yetişdi, vəssalamVə'z üçün bu qəndü çayı nəzmdə etdim nizamŞeyx mərhumun kəlamı nan ilə həlvaydır

Didə, bu dünyanın əhli didədən çəkmişlər əlGər bəsirət olsa bunlarda, belə olmaz əməlMali-dünyayə sarışmışlar çü zənburi-əsəlYadə mütləq salmıyurlar, var axır bir əcəlHər tərəf, hər gün fəğani-Şah Hüseyn vaydır

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов