Əyyühən-nas, gəlün dəhrə vəfa eyləmiyünBu fəna xatirinə nəfsə cəfa eyləmiyün

Bir yuxu surətidir vaqieyi-külli-cahanBelə əfsanə yeri cayi-səfa eyləmiyün

Mövc dərya kimidir ruzü şəbin dövranıRuyi-dəryada durub mülk bina eyləmiyün

Uçacaq, dağılacaq, hər necə tə'mir eyləsənizPəs əbəs rəng urub nəqşi-təla eyləmiyün

Taqi-Kəsra ilə eyvani-Xəvərnəqü SədirNecə olub, sində eylə fikr, cüda eyləmiyün

Bir səra fikrin edin mənzili-axır o olaYəni qəbri eyləyin özgə səra eyləmiyün

Uymayın dövləti-dünyaya xəta mədənidirBu xəta mənbəini başa bəla eyləmiyün

Verməyün imanınızı bu cifeyi-dünyanı yığubAparub məxbəsədə dəfn xəla eyləmiyün

Cümlə övladü oğul fitnə bəla çeşməsidirOnlara baver edib ömrü fəna eyləmiyün

Eylə kim dövlətin oldu, oğula hökm buyururVay yoxsul olasan daxi səda eyləmiyün

Öz həyatında qılun nəfsünüzə ehsanıMütləqa varis olan şəxsə vəfa eyləmiyün

Məgər şeytan sizi vəsveseyi-fəqrə salurO kərdür, çoxlu yığun, bəxşü səxa eyləmiyün

Səbr edün, rizqi tökər əbri-ətayi-RəzzaqSahəti-hövsələni təng qəza eyləmiyün

Sərsəri-mövt gəlür, pənbənizi əflakə çəkərƏlhəzər, ibrət edün, sər bəhəva eyləmiyün

Olacaqsan nə qədər xoş keçənə əyyamınınKəfənin fikrin edün, şal ü qəba eyləmiyün

Didə, dut gəl məhəbbətlə Əli daməniniEylə kim dutduz anı, xövfi-cəza eyləmiyün

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов