Gül belə rəxşan ola bilməz yəqin,Ay belə xəndan ola bilməz yəqin,Sən kimi ceyran ola bilməz yəqin,İşvəli canan ola bilməz yəqin,Can alan insan ola bilməz yəqin,

Qaşlarını eylədi xaliq kaman,Ox elədi kirpiyini canalan,Qəmzələri səndə yaratdı nihan,Eşqə düşər xilqətinə hər baxanVəsləsə imkan ola bilməz yəqin.

Səndən uzaq ey məhi-ərşi-cəlal,Gündüzüm olmuş gecə, mahimsə sal,Qoymadı rahət məni bir an məlal,Dərdimə dərman yaranıbdır vüsal,Ayrıca dərman ola bilməz yəqin.

Dilsizə bax gör nə edir müddəa,Hər sözü guya yetirirmiş səba.Uydurur hər kəs belə bir macəra,Sənsiz olarmı yaşamaq bir daha,Cism ki, bican ola bilməz yəqin,

Eşqə sənin meylin olarsa əgər,Yanmalıdır səndə əzəl balu pər.Sonra oda düşməlidir can, ciyər,Bir belə odla yananın müxtəsər,Tüstüsü pünhan ola bilməz yəqin.

Məclisi aç, ilk sözü ver dilbərə,Odla dolu bir suyu tök sağərə,Vəlvələ sal məmləkəti-xavərə,Örtü əgər salsan o xoş peykərə,Mehri-dirəxşan ola bilməz yəqin.

Qüdsi, daha bəndə düşüb müşkülüm,Qüdsi, töküldü yerə tel sünbülüm.Qüdsi, xəzan gördü deyən bülbülüm,Qüdsi, daha yoxsa açan bir gülüm,Eşqi-gülüstan ola bilməz yəqin.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви

Yeriməz salik olan rahi-rizadən qeyri

Yeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.

Мирза Салех ТебризиГазель1 мин
Hər əhli-hüsn kim, məni-bədbəxtə yar olur

Hər əhli-hüsn kim, məni-bədbəxtə yar olur,Bilməm nə rəmzdir ki, dönüb şivəkar olur.

Сеид Азим ШирваниГазель1 мин
Bəyan eylə bu, qaliblə kitabum həmçənin xəlqə

Bəyan eylə bu, qaliblə kitabum həmçənin xəlqə**Bir şəbi-deysur ki, sərməstani-büqayi nur badeyi-nəvamisdin məxmur və əsbabi-vəqayeyi-həvasdin məhsur idi. Ol gesəbəni-zar bir neçəyar iləç ün mahü səyyar bidarü şəb zindədar, gah mühibbi-razəsəlis vəmətlubeyi-niyazə ənis vəzəmani xümxaneyi-həsrətdin badənuşvə əşki-heyrətdin gülfüruşolub vəsaəti tərkibi-mükəvvinatdəsayiqü lahiq vətərkibi-əşkaldin nətayisi-layiq düzüb, vəqti seyri-müluk ratibəsindən mütəfəkkir vəaşiqü məşuq taifəsindin mütəzəkkir yekan-yekan tedadi-müstəidani-ferəqi-hər zaman edərkən, nagah süruşi-huşim ərseyi-xatirəbu möhməl məzmun yeritdi ki, aya nəsəhətdin müxəddəreyi-nəğli-Vərqavü Gülşa bavüsudi-sihazi-eşqihəqiqət təraz iləsəramədi-səhan vəhüsni-səmalda nəvadiri-dövrandurlar, bəzmi-məhəbbətdəüşşaqi-əzmanəsabiq vərəzmi-xüsumətdəRüstəmidastanəfayiq, meydani-hisrdəsərbazlıqlarıməşhur və əvani-zəsrdə vəfadarlıqlarımənşur. Əselle fohul, bəlağətpişeyi-farsi zəbanan valeh, qəbulifəsahətəndişeyi-türki bəyanan ədəmi-etibariləo bəyanın izdivasından xatirihəzimət vərüxsareyi-əzimət döndərüb, leyaliyi-əfkar və əyyami-emardəol bakirəyəhəmağuşvəol sovdayəhəmduşvəsami-zülal nəqllərindin badənuş olməmişlər. Bu ehmal zahiri-hal ol iki ruhə şəsereyi-məhəbbətəmüəddayixələlü pecman vəmouresi-zələlü xüsran olmağı əsəldin mizani-etibardəol kamil əyarlərin əyari-kari nöqsan vəol sərvi-sənubər nihadlar bir təərrüzibidadəulaşub hədəfi-tiri-təvəhhümi-xəta olalar. Bu haləmüqarin təlieyiilhamü iradat qəlbi-münkəsiriməbu iradət buraxdıvəgərdəni-idraki-xatirimə qəlladeyi-feyzi-izaət taxdıki, ey qəriqi-bəhri-təhəyyürü qəmanü həriqi-atəşitəfəkkürü hirman, əni Məsihiyi-natəvan, guya qayəti-qeyrətü vəfa vənəhayətiisməti-səfa rəva görməmişkim, ol pərdənişini-iffət vəbəzmi-ayini-şəhadətlərinin pərçəmi-əlamlarıhəvagir vənami-namiləri ifşapəzir olub, məhafilü məsalisdəhər bidərdədərdi-zəban vəhər naməhrəmərətbül-lisan ola. Nişəkim bu əzmandəçehreyi-müsameəhelyeyi-vəfa bədəlinəarayişinifaq düzülmüşvəsilsileyi-vəsləti-həqiqət təlsiq vəiqdi-əqidəti-məvəddət tənsiq bilkülliyyəüzülmüş, meyi-məhəbbəti-həqiqi, badeyi-məvəddətiməsaziyəzirdəst vənəşeyi-üzubəti-sami-ələst mərarəti-xümari-küdurətdən pəst olmuş. Çün il iki sitəmrəsideyi-aləmşühud gövhərləri ziar vəsövhərləri vəfadar vəalimiqdar idi, fələki-kəsrəftar ki, lazal işi, dəvarişi qəddarlıq və

Месихи5 мин
Mari-siyahi-zülfün edər xanə könlümü

Mari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.

Мирза Гусейн-бек СаларГазель1 мин