Qəm çəkmə, könül, gər ciyərin qanə dönübdürƏyyami-vüsalın şəbi-hicranə dönübdür.Bülbül tək işin naləvü əfqanə dönübdür,Tiflisə nəzər qıl ki, gülüstanə dönübdür,Hər bir gözəli afətü cananə dönübdür.

İrs ilə yetib bunlara asari-vəcahət,Geysuləri sünbül tək alıb tabü təravət,Qamətləri dünyaya salıb türfə qiyamət,Hər dilbərə bir növ verib rəngi-nəzakət,Kür suyu məgər çeşmeyi-heyvanə dönübdür!?

Hər şuxi-pəripeykər açıb türreyi-tərrər,Dildadələri etmək üçün damə giriftar.Səy yadi sitəmgər bu guzərgahdə çox var,Ahubeçələr tək doludur kuçəvü bazar,Çin mülkünə bu mənzili-viranə dönübdür.

Hər kim gələ Tiflisə tamaşa tələbindən,Zülfi-ruxi-məhvəşləri görmək səbəbindən,Görməz əsəri rahəti-can ruzi şəbindən,Xoşləhcə pərizadələrin ləli-ləbindən,Bu kişvəri-pürşür bədəxşanə dönübdür.

Bunlarda bu yarəb, nə səfadir fərəhəngiz,Hər sərvqədin şivəyi-rüxsarı bəlaxiz,Rüxsari-niku, türrəyi-mişkini dilaviz,Hər əbruyi-xəm şəkldə bir xəncəri-xunriz,Qan tökmək üçün hər müjə peykanə dönübdür.

Hərçənd bu gülzardə çox dilbəri gördüm,Can qəsdim edən şuxi-sitəmküstəri gördüm,Arizləri mehtaba bərabərləri gördüm,Əvvəl yetişən gündə ki, İskəndəri gördüm,Aya bu mələkdir, dedim, insanə dönübdür.

Qüdsi ki, dəmi-qüds vurub lafi-təvəlla,Tən eylər idi görsə birin valehü şeyda,Tərk eyləmiş islamı görüb bunları hala,İstər ola carubkeşi-səhni-kəlisa,Zünnar salıb boynuna Sənana dönübdür.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви