Xəyalü fikrə gətir şeş cəhati-dünyanı,Təsəvvür eylə cəmiən cahani-imkanı

Xəyal dairəsin mərkəzi-cahana çəkib,Miyani-aləmi gəz diqqətanə hər yanı

Kəmali-elminə çatdın, o dəm mühəqqəq olur,Təmam rəncü inadır, təmamisi fani

Qərəz bu faniyədə mənzili-bəqa qılmaq,Kəmali-eyni-xətadır, dəlili-nadani

Həmin bu mənzili-dünya mürur mənzilidir,Düşən kimi gedəsən çün rəvani-ruhani

Nə inkə burdə əsasü qəbilələr qoyasan,Tədarükati-mürəttəb, müradi-tulani

Xəyal eyləsənə masəbəq qəbilələri,Sənə bəyan qılım bir-bəbir, görək hanı

Neçə Sikəndəri-aləm cahana gərdiş edib,Alıb gəzib dolanıb ta fəzayi-zülmani

Neçə Kiyani şəhənşəh vücudu xakə dönüb,Qübari-dəşt olub padşahi-Sasani

Neçə-neçə başı gövhərnigar sahibi-tac,Şahənşəhin başı olmuş ləhəddə pünhani

Dəfini-xak olub dövlətilə səd Qarun,Həzar badə gedib xeymeyi-Süleymani

Hanı şərareyi-aləm, əsasi-Çingizi,Ki qətli-ami-Moğoli dağıtdı dünyanı

Nə oldu Nadiri-gitisitan gövhər tac,Ki fəth qılıb alıb Hindilə Dağıstanı

Çıxartdı Rum ilə qeyri zəmini-İrandan,Nə saf qıldı cədidən fəzayi-İrani

Neçə vəzir ü müşir ki, həlqeyi-fikri,Fələkdə bəndə çəkə xunfəşan Keyvani

Neçə həkimi-müəssis, fühul danişmənd,Fəzayi-aləmə gəlmiş xüsusi Yunani

Neçə əlim, müdərris, dəqiq şarehi-elm,Mələk təhəyyür edib mədh edə bu insani

Neçə lətif sühənvər bəliğ vaizlər,Fəsahəti onuda laf bafi Səhbani

Neçə təbibi-müdəqqiq ki, şəmsdən götürə,Üsuli-şivələrilə südai-hümmani

Neçə şücai-dilavər, hizəbr, sahibi-tiğ,Qılafi-qəbrə gedib, tiğvəş töküb qanı

Neçə cəmilə-cəmalü bədii-ayinəru,Ki hüsnü məhv qıla dilbərani-Kənani

O ləblər nə qədər lalərəng zibalar,Bitübdi qəbrinün üstə şəqiqi-Nö'mani

Xülasə silsileyi-kainat hər firqə,Gəlib durub keçinübdür gədası ya xani

Qalubdu zir-ləhəddə solub təəffün edib,O şux nərgisi gözlər o rəngi-rümmani

Qərargah deyildir bu dəhri-viranə,Düşləkə eyləməz əsla üquli-viranı

Cahan faniyədir bil-bədahə, mayusi,Zəmanə hadisədir müntəhayi-hirmani

Əgərçi zahiri zərdir təlüzzüzü şirin,Vəlik xaneyi-zənburdur bəla kani

Müəzzələm ki neçün nütqü əqllə insan,Tədərrüc eyləyə bilməz məqami-heyvani

Eşək ki cümlədə nafəhmdir həqiqətdə,Vəli təfəhhüm edir çox dəqiq mə'anı

Deyəndə çuş, yeriyər, çuş desün, dayanu durar,Ki nəsbü cəzmini bilir elmi-nəhvi ünvani

Əcəb bu natiqi-insan əməldə kahiltər,Təmyiz eyləyə bilməz təriqi-ürfani

Xülasə mətləb odur ey güruhi-əhli-bəşər,Gərəkdi arif ola müddəiyi-insani

Nə aldadubdu səni cifəhayi-dari-qürur,Nə çox fəribə çəkibdür həvayi-nəfsani

Beş altı ağçə səni eyləyüb nə çox məğrur,Fərəh-fərəh nə yürürsən çü mürği-Tehrani

Beş altı gündə dayan nagəhan müsidi-qəza,Kəmşidirər canına bil məmati-tərlani

Yetişdi aldı vücudun dağıtdı tüklərini,Bu güldü bir kəfənə get görək o pul hanı

Əya qəni və ləim və nəbireyi-Qarun,Nə hirsdir bu qədər cəmi-mali-dünyanı

Nə şövqdür bu qədər şaiqi-imarətsən,Səpehrə çəkməyəcəksən rəvan eyvanı

Mürüvvət ilə nə çox təşnəsən bu dünyaya,Məgər təmam içəcəksən mühiti-dəryanı

Açubdı ağzın əcəl xəşmnak əjdər gün,Dəfa eyləmək olmaz hücumi-Süəbani

Gələndə həmhəmeyi-zəhrəçak şiri-əcəl,Məğaki-qəbrə düşər səd həzar xaqani

Xəyal eyləsənə bir ölüm zəmanə səni,Fəqirə eyləsənə biqərar ehsanı

Qəsəm xudayi-kərimə əməl qalır ancaq,Vəfası yox yığasan gər həzar milyanı

Qərəz vəsiyyət idi, eylədim bu mövizəni,Həmişə Didə deyibdür kəlami-həqqani

Bəli məarəkeyi-həqqə şücai şir gərək,Həmişə şir şücaət ümidi-Şirvani

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов