Nə baxarsan oğrun-oğrun,Oxşar marala gözlərin,Bir ov itirmiş ovçuyaOlsun həvalə gözlərin

Şəmamələr dağda dəyər,Qızıl güllər boynun əyər,Bədnəzər çoxdur, göz dəyər,Gedər zəvalə gözlərin

Niqab altından baxan pünhan,Gəl dərdimə elə dərman,Nahaq yerdə eylər bir qan,Batar vəbalə gözlərin

Daşqın çaylar tək axmasın,Eşqin canə buraxmasın,Razı deyiləm baxmasınÖzgə cəmalə gözlərin

Zülfün məni ac eylədi,Küydən xaric eylədi,Məhəmmədi möhtac eylədiƏqlə kamalə gözlərin

Случайное стихотворение

Стихи других поэтов