Cahani-faniyənin axırı fənayətdir,Bu bir səhih süxən müxtəsər hekayətdir

Bu şəkli-əvvəlidir, müntəcəh qəziyyeyi-həqq,Bədihi mətləb üçün iddia nə hacətdir

Dəlili-əql ilə nəqli bu qövlə sabitdir,Xüsus hər dəm ölüm edə bədahətdir

Məqami-fövt fənadır cahani-kövnü fəsad,Məkani-rənc ü inadır məkani-zəhmətdir

Həqiqət ilə məcaz cahanə eylə nəzər,Ki istiarə fəna fövtdən ibarətdir

Müsəlsələnə gəlür mövci-bəhr tək aləm,Bu mövc ruzü şəbün sahili qiyamətdir

Qəribə bəhrdi, əmq ü ərizi dərdü məlal,Əcibə qülzüm ü gərdabı binihayətdir

Bəsit bəhrdə dutmaz binayi-xanə qərar,Ki nəqşi-ab bəsa əsəfə səfahətdir

Cahan fənasına söz yox, vəli söz oldur,Neçün bu əhli-cahan əhli-bibəsarətdir

Məzar halətini yada salmıyır kimsə,Xəyal eyləmiyür qəbrlər nə halətdir

Məzar içində yatan kəsləri xəyala gətir,Lətif cismləri gör yatub nə babətdir

O cismlər ki ona gül dəyincə incərdi,Qalubdu xar, siyəh xakdən cirahətdir

O çeşmlər ki gül-nərgisə bərabər idi,Müdam məst yatub xabgahi-qürbətdir

O surəti ki düşərdi şüai ayinəyə,Hər ayinə görəsən qəbrdə nə surətdir

O zülf ü kakili-ənbər, o arizi-lalə,Tamam tel bətel toprağ içrə qarətdir

O nazənin bədənlər, əziz əhli-əyal,Qalubdu vahidü tənha, ənisi-qürbətdir

Ləhafı xaki-ləhəd, bəstəri qara toprağ,Baş altısı qara daş, gor yeri nə rahətdir

Oyanmıyur, sulmiyur, dinmiyür, səda qılmır,Əcəb yatubdu, əcəb yaxşı istirahətdir

Əgər həvaleyi-şərhinə getsə mürği-bəyan,Zəbani-şəm'lə pərvanədən ibarətdir

Kimin əli doludur lö'löyi-səvab ilə,Məqamı qəsri-üla, gül, giyahi-cənnətdir

Kimin ki gərdəninə kuhi-mə'siyət taxılub,Məkanı çahi-cəhənnəm, əmiq zillətdir

O günkü gündə olur hər kəsə cəzayi-əməl,Səid fəxrdə daim, şəqi xəcalətdir

Nə toxmi-kari-əməl əkmisən, odur hasil,Ki ruzi-axirətə bu cahan zira'ətdir

Nə mayə qoyasan ruzi-karə sərmayə,Qərari-nəf'i onun qoyduğun bizaətdir

Vəli əhli-cahan yadə salmıyur ölümü,Mütii-nəfsi-həva, saliki-zəlalətdir

Riyayi taət edir, əksəri təqliddir,Muradü mətləbi tədlis ilə bətalətdir

Kimisi tə'n qılur: qazılıq xəta işdir,Vəli öz qərəzi məsnədi-qəzavətdir

Kimisi və'z verir: uymayun bu dünyayə,Vəli ruzü şəb öz arzusu dövlətdir

Kimisi tülkü kimi camesin edür təğyir,Çəkir özün dəmə kə, hiylə vü riyazətdir

Kimisi gözləri sürmə, başında əmamə,Belində şalı, əli sübhəlu, tilavətdir

Libasi-elm ü ədəblə özün qılur ziba,Fəsad zivəridir, müddəa riyasətdir

Fəsadi-aləmə bais fəsadi-alimdir,Vücudi-narə tütün çıxmağı dəlalətdir

Kimi müəzzin olub dadi-əs-salat eylər,Özünə dən çağırur, xadi'i-cəmaətdir

Kimi xətib olur, minbər üstə bülbülvar,Özün büruz verir, müş'iri-fəsahətdir

Kimisi həlqini yırtar məxarici-təcvid,Qaşın yuxarı çəkər, məd ilə qiraətdir

Kimisi qət' edib mürüvvət ilə insafın,Adın təbib qoyub qətli-binihayətdir

Ölüncə şəxsi soyur, hər qədəm alur zalım,Mərizin fövtü ona guya zərafətdir

Kimi bazara çıxub söz oxur ki: dərvişəm,Təmami pul tələsi, qeyri söz nə hacətdir

Kimisi pul götürüb Kə'bəyə iradə edər,Muradı hörmətidir, zahiri ziyarətdir

Cənabi-hacı demək şanına bülənd gəlir,Xitabi-məclisi-ülya, böyük fəxarətdir

Kimisi dövləti çox-çox, xəsis, virdi budur:Qibabi-izz ü üla, guşeyi-qənaətdir

Kimisi himməti çox-çox, fəqir, zikri budur:Kərəm əli kişiyə rütbeyi-kəramətdir

Bizim zamanəmizin milləti olubdur qəlb,Səxa əxəs, kərəm mərgdən ibarətdir

Hənuz ol yerə yetmiş məratibi-xissət,Səxa edən kişinin tənəsi səfahətdir

Həzar növ ilə mərdüm rəcimə həmrəhdir,Həzar hiylədə şeytanilə şərakətdir

Kimisi rüşvət alur, haqq sözü edər nahaqq,Kimisi zərb tutur, fitnəcu xəsarətdir

Kimi oğurluq edər, qətl edər, yalan danışur,Kimi qəsəm eyləyür, nahaqqa şəhadətdir

Kimisi kərgəs olur süfrələr kəmində,Bunun şəqavəti hər şəqədən şəqavətdir

Qoyubdu dər ki mə'budi, yüz tutub xəlqə,Biri demir ki: a köpək, bu sənə nə adətdir

Kimisinin qövl ilə fe'li xilafi-həmdigər,Kimisi oğraş olub, gör cahan nə halətdir

Xülasə əhli-zamanə mənim təsəvvürümə,Cəmii yoldan azub, qərqeyi-zəlalətdir

Çıxubdu hər təbəqə öz təriqi-dinindən,Sığışmıyur yoluna, azmağı bəğayətdir

Tamam himmətini sərf edibdi dünyayə,Xilafi-axirət ü tarik-i qiyamətdir

Təəccüb eyləyirəm mən güruhi-adəmdən,Bu əql ü daniş ilə bu necə cəhalətdir

Neçün bu ləhv ü lə'b şövqünə gəzib dolanur,Nə saz ü nay ü nəva, ixtilat ü işrətdir

Cahan faniyə bir bəhrdir, təlatümü qəm,Qəriqi-bəhri-nişat eyləmək səfahətdir

Bu bəndəgi ki bizim firqədən zühurə gəlür,Mühal dərgəhi-mə'budə ki liyaqətdir

Bu günə ləğv əməllər ki bizlər eyləyirik,Cəzası ruzi-cəza tən'dir, siyasətdir

Namazımız dolidir nisyənin hesabilə,Rükuü səcdəmizin fikri binihayətdir

Oruc tutanda tutaq ki, taamlar yemirik,Vəli taamə əvəz güftgui-qeybətdir

Zəkat versək əgər, fəxri-Hatəmi edərik,Fəqir malını vermək bizə səxavətdir

İanəti ki edək bir fəqirə nədrətdən,Həman ianətimiz tez dönüb ihanətdir

Ümid qaldı Rəhimün dəri-təfzilinə,Vücudi-paki-Nəbi gövhəri-şəfaətdir

Bu pərdə xətm gərək nəzmi-mövizə, ziraMəqami-nami-Nəbi xatəmi-risalətdir

Nə yaxşı mövizədir, Didə, rövşən-a, və'zün,Ki hər sözü işığı əxtəri-səadətdir

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов