Əslimiz olmuş əhli-Hövsandan,Gəmi zəhmətkeşi olubdur atam.Alıb illik maaş üç donluq,Güzəran etmişik onunla müdam.Qərqi-Bəhri-Xəzər olub atamız,İxtisarən məni oxutdu anam.Yeddi illik yetim onbeşətəkEylədim sevdiyim ülumi tamam.Anam oldu məhəlləyə dərzi,Özüm oldum cocuqlara rəssam.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов