Şair və vətəndaş
-Ş a i r :* El köçdü, sən qaldın hamıdan arda,Nə qədər acıdır bu arda qalmaq!..Qoç bir əsgər kimi vuruşmalardaYıxılıb, kimsəsiz yollarda qalmaq!..Yazıq deyildirmi duyan könüldəBəslənən bir əməl tarımar olsun?!Qalmışkən bülbülün gözləri güldə,Üstünü kəsdirən son bahar olsun!Ey şair! Səni də düşündürən bu,Səni də ağladan həmən xəyaldır.Ömür günəşinin vaxtsız qürubu,Həyata verilən sərt bir sualdır...-V ə t ə n d a ş :* Burax bu hissləri, ey şair, burax!Gördüyün, bildiyin şeylərdən danış!Ağac qələmini yaxşı çırparaq,Gətirdiyin yeni səmərdən danış!Bu üzgün duyğular, qara fikirlərSürür gəncliyini heçliyə doğru;Onlar bir qar kimi varlığı girlər,Onlardan, ey şair, özünü qoru!Həyatla olsaydı dərin rabitən,Ruhun qaralmazdı gecələr kimi;Solmazdın sularda yaşayan, bitənBir öksüz baxışlı neylüfər kimi.Bir məzar qoxusu verən sözlərinZamanın ruhuna uzaq, yabançı,Çəpərlər içindən baxan gözlərinBir qəmli quş kimi nə qədər acı!-Ş a i r :* Neçin yabançıyam mən bu varlığa,Fikrimdə, hissimdə bu nə sükutdur?Içərim bənzəyir bir məzarlığa,Gecələr ayazdır, gündüz buluddur.Neçin hər sevincdən, hər ixtilatdanUzağam qaranlıq bir bucaq kimi.Üzülmüş kimiyəm mən bu həyatdanQırılan, yaralı bir budaq kimi?Mənim yoldaşlarım birər komandan.Hamsı irəldədir, hamsı öndədir.Bu dərin həyatı duyub qanandanMənimsə taleim yaman gündədir...-V ə t ə nda ş:* Xayır, ey şairim, sən bu varlığıYaxşı anlamadın, yaxşı duymadın.Göylərdə aradın bəxtiyarlığı,Bu gözəl həyata məhəl qoymadın.Bir münzəvi kimi yaşayıb dedin:“Həyat mübarizi bir rəng deməkdir”Çoraq duyğuları oxşayıb dedin:“Sənət – xəyal ilə ahəng deməkdir”Anlamadan dedin: “Yaxşı düşünsən,Şeiriyyət olamaz bizim dövrdə”.Dedin ki, şairim, utanmadan sən:“Texnika öldürür sənəti” bir də,Əlində bir köhnə şeir divanı,Dilində səsləndi ölgün qəzəllər...Anlaya bilmədin yeni insanı,Bilmədin nəçidir yeni gözəllər.Nədir ruhu qırıq bu zümzümələr?Bunlar həyat üçün zəhərdən acı.Mən bir vətəndaşam, əski nəğmələrDərdli şikəstələr mənə yabançı.Həyatı coşduran, dalğalandıran,Irəli aparan nəğmələr hanı?!Hanı bir möhtəşəm divi andıranŞeir qəhrəmanı, söz qəhrəmanı?!Hanı, tükəndimi sevincin, odun?Sən xəzan kimisən bahar içində.Göz yaşında üzən solğun vücudunBir sarı yarpaqdır sular içində!..-Ş a i r :* Burax, dostum, burax bu töhmətləri!Qəlbimə toplanan müsibətləriSən də səsləndirmə bir başqa sazda,Duyduqca sızlayır ruhum bir az da.Varlığım şam kimi yanmağa başlar,Başımda atəşlər, gözümdə yaşlar...Baxınız, baxınız, gül rəngli göylərAğlayan bir çocuq üzünə bənzər...-V ə t ə n d a ş :* Bayron da sevmişdi bu təbiəti,Ildırım hiddəti, bulud riqqətiOnun da şerində çaxdı, ağladı,O da bu şeylərə baxdı, ağladı.Təbiət dediyin vəhşi bir heyvan,Onu əhli edən insandır, insan!Olmasın başına sözlərim qaxınc,Ey həyat qınına girməyən qılınc!..-Ş a i r :* Əvət, qəribədir xislətim mənim;Dinlə, uzunsa da söhbətim mənim.Mən çıxdım ziyalı bir ailədən,Xəyalımda millət,Ruhumda vətən...Məndən az etmədi bunları tələbSonra oxuduğum o köhnə məktəb...Həyatdan çəkildim, işdən çəkildim.Nə komsomol bildim, nə firqə bildim...Sonra da qarşıma çıxdı bir gözəl,Ruhumda titrədi incə bir əməl...Mən nələr çəkmədim onu sevərkən,Etdim saçlarını ağlıma yelkənSahilsiz eşqimin dənizlərində.Üzdüm bu dünyanın dərin yerində.O gözəl olmuşdu ruhuma hakim,Mənim düşüncəsiz, xəyali sevgimOnu az qırmadı, az incitmədi.Onunla bu qəlbim yola getmədi,Onu da özümə yabançı sandım;Canandan usandım, candan usandım...Sonra baş götürüb gəldim bu kəndə,Çırpındı quş kimi ruhum bədəndə.Bu kənddə başladım müəllimliyə;Bir də şeir üzü görməyim deyə,Küsərək sənətim ədəbiyyatdan,Dərs dedim neçə il riyaziyyatdan.Bu kənd, bu kənd məni qoynuna aldı,Çocuq ilhamıma ninnilər çaldı.Məni dinləndirən həmən təbiətBu qərib könlümü yordu nəhayətSənə söylədiyim məhəbbət kimi;O nazənin kimi, o afət kimiBəzən göz yumaraq bütün varlığa,Xəyalım yol saldı bir məzarlığa.Həyat arzuları önündə, lakinKönlüm əmr elədi: bu yoldan çəkin!Qəmgin düşüncələr başımda söndü,Yaşamaq eşqilə qəlbim döyündü.Bəli, bu dünyada mənim kimilərDəyişib olarkən məsud, bəxtəvər.Duyaraq çarpışmaq ehtiyacını,Silib qəlbimdəki köhnə acını.Çoxlara qoşulmaq istədim mən də,Mühitim ruhumu şaşqın görəndəTutub ətəyimdən çəkdi iləri.Indi ürəyimdə olan şeyləriMəncə, birdən-birə atmaq çətindir;Bilmədən hər sözə yatmaq çətindir.Könül! Nə çətindir bu əhilləşmənVəhşi qaplanmısan, arslanmısan sən?!Əllərim çataydı, düşəydin girə,Gör necə bağlardım səni zəncirə!..Bir zaman düşünüb fikrə gedərkən,Sanırdım: artığam cəmiyyətdə mən.Bu köhnə mənliyim bir dar qəfəsdi,Bu qəfəs əlimi, qolumu kəsdi.Bir nəfəs uçmağa bulmadım imkan,Gözümdən od çıxdı, başımdan dumanBu gülünc həyatdan nə çıxsın dedim,Bir dəfə özümü vurmaq istədim.İradəm buna da çatmadı, əfsus!Oyaq qüssələrim yatmadı, əfsus!Bir də ki, haqqımda fitnələr quran,Ayağımdan çəkən, başımdan basan,Hiyləgər adamlar, murdar adamlar,Bütün insanlıqdan kənar adamlarAz incitmədilər məni dünyada.Köhnə bir ney kimi gəldim fəryada.Könlümdən onların acısı getməz;Yazmaqla qurtarmaz, deməklə bitməz.Çox incitdi məni tək-tək adamlar:Saf-çürük olunsun gərək adamlar!..-V ə t ə n d a ş :* Səni küsdürməsin boş danışıqlar,Göz önündə böyük bir məfkurə varOnu tut, onunla yürü iləri.Sən dünyada axan böyük selləriBuraxıb, sızlayan, əriyən, axan,Axışı insanı məlul buraxanO zəif, o cılız sulara baxma!Hər duyğu oduna könlünü yaxma!Deyirlər: toz qopar qaya uçanda,Həmən şey olmuşdur indi cahanda.Sən böyük şeylərə çevir üzünü,Gələcək günlərə söylə sözünü.Şair, səndə böyük bir qüvvə vardır,Gizli xəznələrə dilin açardır...-Ş a i r :* Məni həyat sevir, həyat çağırır,– Dəyiş, yüksəl – deyə bar-bar bağırırO deyir: “Yüksəliş dəyişmək istər,Sən də dəyişməklə özünü göstər!”.Mənim ürəyimdə bir ikilik var:Keçmişdən aldığım dərin duyğular,Acı tərbiyələr ruhuma hakim.Duyduğum acını duysaydı hər kim,Baxtımın ulduzu sönmüşdü çoxdan,Bir ovuc torpağa dönmüşdü çoxdan...Məni əski hava zəhərləmişdir,Yalançı bir sevda zəhərləmişdir.Daim həyat mənə eylədi gəl-gəl,Tərbiyəmsə mənə oldu bir əngəl...Duyğum düşüncəmi göyə sovurdu,Ürəyim ağlımı daşlara vurdu.Bu yeni aləmin gözəllikləri,Onlar ki, insanı çəkir iləri,Onlara vaxtilə xor gözlə baxdım,Bir ildırım oldum, özümü yaxdım...-V ə t ə nda ş:* Mən bilirəm, sənin havalı könlünDönüb bir tərlana, uçmaq istəyirVə bir məhbus kimi sevdalı könlünQırıb qandalını qaçmaq istəyir.Bil ki, sallanışı hər yaşıl dalınBaşqa bir küləkdən, bir havadandır.Sovet yellərilə yelkən xəyalınQızıl dənizlərdə üzərsə, şandır!Sən bir qılınc kimi əldə parılda,Qalxan köküslərdən keçən mızraq ol!Ağır toplar kimi gur-gur gurulda,Daim döyüşkən ol, daim qıvraq ol!Sən həyat eşqindən götür aşqarı,Həyat qanadlanır, sən də qanadlan!Qarşında möhtəşəm zaman dağları...Zaman dağlarını indidən atlan!Sözünün təsiri elektrikdən,Rübabın gurlasın inqilab deyə.Əl çək birdəfəlik bu ikilikdən:Ya o cəbhəyə keç, ya bu cəbhəyə!Günəş işığından, ay işığındanAldığım ilhamla ruhları parlat;Qəlbinin, beyninin qarışığındanGöylərə sığmayan bir cahan yarat!
Kitabxana.az · https://kitabxana.az/ru/works/musfiq-sair-ve-vetendas
Клавиши ← → для перехода, R — случайное стихотворение