Qədim Bakı
Qaçmayır irəli,qaçamaz!Qırılmış şəhpəri,uçamaz!Keçməyir günləri binamaz.Canamazüstündə kəsilmiş taqəti;Vird etmək adəti.Getməyir qabağa,Yürüşü bir bağayürüşü...Həyatı, görüşüpək əskibir Bakı.Başının ağasıIngilis darğası.Ey Murtuz, ey Nobel,Bir daha bağlamaz sənə belburalar!Biz bayram edərkən ürəyin aldımı yaralar?O hansı zamandı,Hər tərəf dumandıO gecə?..Başında bir sarı düşüncə,Sarıydı əyninin paltarı,Gəzirdin bulvarı.Kaspinin üzündə oynaşan dalğalar,qaynaşan dalğalar,Əsdikcə giləvarOynardı bulvar.Oynardı “ovlar”, oynardı “zadələr”,“Zadələr” önündə qırılmış badələr..
Kitabxana.az · https://kitabxana.az/ru/works/musfiq-qedim-baki
Клавиши ← → для перехода, R — случайное стихотворение