Qara hey
Qul Qaranı:Əlif-bey içində, hərf arasında,Bir xət gördüm, çəkilibdi qara hey!Əziziyəm, qara hey!Qış gəldi bax, qara hey.Qaradan boyax olmaz,Boyanıbdı qara, hey!Namərd seyraqubun bafası olmaz,Dolanar dünyanı üzü qara hey!
Xəstə Hasan:Aləm bilir bu dünya da beş gündü,Mən bilirəm beşini də qara hey!Əziziyəm qara, hey!Oxu dərsin qara, hey!Əzəlindən kim çalıb,Ağ üstündən qara hey?!Sağlıq xəbərimi yara versələr,Dost sevinər, düşmən geyər qara hey!
Qul Qaranı:Üstümüzdə kərəm kanı bir dura,Dəvət eylə, dostun minsin bir dura.Əziziyəm, bir dura.Bir yeriyə, bir dura.Sərraf odur, dür seçə,Qiymət vura bir dura.Əliyyən Mürtəza mindi bir dura,Qabağında sarvanıydı Qara hey!
Xəstə Hasan:Xəstə düşdüm, döşək üstə dər saldım,Cəfa çəkdim, dünya üçün dər saldım.Əziziyəm, dərs aldım,Eşiyinə dər saldım.Eşitdim seyraqub gəlir,Onun üçün dər saldım.Əqli kamil ustadımdan dərs aldım,Oxumuşam əlif, əbcət, qara hey!
Qul Qaranı:Haqq əmr etdi inli-cinni yaransın,Əyyub sağlığında gördü yarasın.Əziziyəm, yarı sin.Yarı mimdi, yarı sin.Cismimi ataş aldı,Qırağında yar, isin.Qaranı der: Şavatçıyam, ya Rəsul.Cünahkarlar gələr üzü qara hey!
Xəstə Hasan:Bizlərdə qaydadı, yara deməzlər,Yarın sirrin əğyara deməzlər.Əzizyəm, yara deməzlər,Yarı yara deməzlər.Axır həsrət ölərəm,Dərdi yara deməzlər.Xəstənin dərdini yara deməzlər,Görər məzarımı, geyər qara hey!(Aşıq İslam Ərdənər variantı)
Kitabxana.az · https://kitabxana.az/ru/works/qul-qarani-qara-hey
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qul Qaranı:*Bizi yoxdan var eyləyən ol sübhandan ver xəbər,
NöycavanGəl görüm, gəlişin nerdən, çeşmi siyah, nöycavan,Həsrətəm didarına, çəkirəm ah nöycavan,
Ay ağa səniƏrş üzündə pərvaz edən buludlar,Gözlərim oxşatdı ay ağa səni.
Gülgəz (Qaranı)Başına döndüyüm, qurvan olduğum,Yoxdu sənin kimi, yaxası Gülgəz.
Стихи других поэтов
Qəhbə fələk, bu gün bir iş işlədi,Məni yardan ayrı salacaq oldu,
Qəzəl: Könül ixlas tutmaq bivəfa cananə müşküldürKönül ixlas tutmaq bivəfa cananə müşküldür,Həqiqət bilməyəndən dağ çəkmək cana müşküldür
EyləməsinFələk heç kimsəni, yarəb, nigəran eyləməsin,Heç kimi mayili-bir sərvi-rəvan eyləməsin,
GülEy gözəl, ülki əsl-fəsl babın gəldi gül,Ol ənasir xak, badın, atəş, abın gəldi gül,