Qəzəl: Könül ixlas tutmaq bivəfa cananə müşküldür
Könül ixlas tutmaq bivəfa cananə müşküldür,Həqiqət bilməyəndən dağ çəkmək cana müşküldür
Yaman gün düşmənindir, yaxşı gündə yar həmdərdin,Yemək namərdlə nani-nəmək mərdanə müşküldür
Müjəm mənzuməsi zəbt edə bilməz əşk seylabın,Hisaru sədd çəkmək bəhri-bipayanə müşküldür
Nidim bərbad olur, yoxdur dağılmış könlümün yarı,Ki şahı olmayan mülkün qala viranə müşküldür
Yanarsan eşq oduna şəm tək, rövşən deyil sirrin,Məsiha, qeyrilə xasiyyəti-pərvanə müşküldür
Kitabxana.az · https://kitabxana.az/ru/works/aga-mesih-sirvani-qezel-konul-ixlas-tutmaq-bivefa-canane-muskuldur
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Köksümdə könül işrəti peykanın üçündür,Cismimdə bu can ülfəti qurbanın üçündür
Müxəmməs: Eşitdin etdiyini Şahsevən Əhməd xanınEşitdin etdiyini Şahsevən Əhməd xanın,Xahişi-zülmünü ol zalimi-biimanın,
Müxəmməs: Dila, etmə təvəqqe rastguluq qanda qalmışdırDila, etmə təvəqqe rastguluq qanda qalmışdır,Qərinə özgədir, onlar keçən dövranda qalmışdır,
TövbənaməSənə zahirdir, ey Hayy, xəbirü dana,Olsa hər mazi və müstəqbil və məxfi peyda,
Стихи других поэтов · О любви
Müshəfi-hüsnün, ey günəş-rüxsar,Oxunur hər gün ərz ü səmadə,
DeyərsizHələ qəflətdəsiz, yatmısız belə,Sayıb məni bir divana deyərsiz.
Mürəbbə: Bu məkanda müşk ənbər yeri varBu məkanda müşk ənbər yeri varQara gözlüm gəzən yerdir bu yerlər
A zalımMəgər məşuq aşiqin dərdindənHalı olmaz, xəbər bilməz, a zalım