Dila, etmə təvəqqe rastguluq qanda qalmışdır,Qərinə özgədir, onlar keçən dövranda qalmışdır,Nəməkdə qədr qiymət, nə kəramət nanda qalmışdır,Nə asari-şəfa bimar üçün dərmanda qalmışdır,Bəla çəkməklikə nə tab ü taqət canda qalmışdır

Həvalı kimsələr bəhri-haramə misli yelkəndir,Nə yan olsa çəkər məllah nəfsin, kəştisi təndir,Dolanur dövri-zülmə, sahili-insafdan gəndir,Nə fərq edən halalı dari-dünyada müəyyəndir,Nə xofi-axirət xalq içrə bir insanda qalmışdır

Dutan məlum yox şər'i-Rəsulu əmri-ilahi,Rəiyyətlər qılurlar dəstgah beş gündə bir şahi,Cəlidir şivəyi-ləfzi bu rəmzin yoxdur agahi,Sədaq oxu kimi təbilər dutmuş nəzərgahi,Olar kim doğrudur əyri qılınc tək yanda qalmışdır

Olubdur qəlbi xain, Haqq bilür, bir saf tinət yox,Düşəndə satmayan dinarə dinin hiç millət yox,İnas əhlində bir zərrə hicabi-şərm ü ismət yox,Zükur əqsamının təbində əsla əhd ü beyət yox,Nə tövr adəmiyyət yolda, nə ərkanda qalmışdır

Məsiha, kəs təəllüq bu cahandan kim xəsarət var,Nə təsiri-dua zahir ərənlərdə nə himmət var,Nə alimlərdə şəriət nə xanlarda ədalət var,Nə bir doğru sözü xalqın nə bir kəsdə diyanət var,Həqiqət aşinada, nə vəfa yaranda qalmışdır

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви