Knyaz İlikoya
Əla, ey aftabi-bürci-müştaqi-vəfa knyaz!Əla, ey dürrü-bihəmtayi dəryayi-səxa knyaz!
Məni hfz eylədin asibi-üdvandan, görüb, yarəb,Səni hifz eyləsin asibi-dövrandan xuda, knyaz!
Mənim bu müşkülümü sən ki, qıldın lütf üzilə həll,Səni heç müşkül işdə qoymasın müşkülgüşa, knyaz!
Səni qeydi-qəmi-afaqdan qılsın rəha tari,O iki nəcəvanı qeyddən qıldın rəha, knyaz!
Bu piri-natəvanə ömr verdin tazədən əlhəq,Nə qədri var ömrüm, ömrünə qıllam dua, knyaz!
Mənə tutdun bir iş ta var dünya qalacaq baqi,Eşidənlər hamı kim, deycəklər, mərhəba, knyaz!
Qarabağ içrə bu karin salıbdır nur gün nisbət,Həmişə bəxtin olsun gün kimi, ey məhliqa knyaz!
Kişi tutsun gərək bir iş ki, qalsın yadi-xeyr ondan,Bu dünya fanidir, heç kimsəyə qalmaz vəfa, knyaz!
Səni heç nakəsü namərdə möhtac etməsin tari,Şikəstə Zakirəm, zikrim budur sübhü səma, knyaz!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zakir-knyaz-ilikoya
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О божественной любви
Rəqib töhməti etdi məni cüda, ey dust!Bu zülmü gördü rəva, görməsin səfa, ey dust!
DərdimiAllahı sevərsən a Loğman həkimVarım deyim dağa daşa dərdimi
Məni öldürdi ol sərvin həvasıMəni öldürdi ol sərvin həvası,Nədəndür kim, mənümlən yox səfası.
OlaAllah bu zalım divanıYıxıb bir dəyişərmi ola?