Əziza, mən sənə bir cilqiyi-şəhanə göndərdim,Əcayib töhfədir, mən həm əcəb oğlana göndərdim.

Bəyazi-çeşmi-məhbuban kimi şəffaf, seyqəlli,İçində mərdüməkvəş mən onun bir danə göndərdim.

Və ya inki fərar olmuş qulami-hind kuyindənTutub saldım, qolu bağlı çəhi-zindanə göndərdim.

Həqarət çeşmi ilə baxma cana, üstüxan sanma,Çıxardıb,nəqdi-canımdır, mən ol cananə göndərdim.

Saluban getmədi, çün baz gəldi yaz ol şəhbaz,Bu bir tövqi-iradətdir, ona nişanə göndərdim.

Tək indi şəhri-dildə tab qıl, ey ləşkəri-möhnət,Cəfavü cövrünü yazdım, bu gün sultanə göndərdim.

Şikəstə Zakirin mən etmə səvqatın görüb biqədr,Xüturi-xatirinçün tapmadım bəhanə, göndərdim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви