Neçələr silsileyi-təbimə təhrik verir,Rişteyi-nəzmə çəkəm yəni düri-qəltani.

Budu xahişləri kim, baxmayıb ağü bozuna,Eləyim həcv tamam bayü gədavü xani.

Neyləyim, mən qarışıb... bir şəkl ilə,Pak qılmaz anı gor bağlayasan dəryani.

Vermosəm vüsət əgər nəzmə, olur namərqub,Eləsəm cümləsini şərh, düşər tulani.

Çarə oldur ki, yenə hər biridən bir şəmməSöyləyib ta ki, qılam həcv Əmiraslani.

Çünki ol fasiqü facir kimi həcvə layiqTapmaq olmaz, gəzəsən Gəncə, Şəki, Şirvani

Qalsın, axırda onunla olunur xətmi-kəlam,Fəsli-əvvəl danışaq məzləməyi-mollani.

Ah, bu müftəxorun dad əlindən, səd dad!Ki, salıblar necə gör məmləkətə qovğani.

Hərcü mərc eylədilər məzhəbi-isna-əşəri,Etdilər zirü zəbər bargəhi-iymani.

Hər əlif-bey oxuyan adını ruhani qoyub,Bilməz öz əbcədini, ruha çəkər suhani.

Alimü fazilü ustad, müridü mürşid,Nə qədər ki, görəsən dövrdə sərgərdani.

Həmə qovğaləri bəhri-dirəmü əqmişədir,Həmə təqvaləri şali-əməli-Kirmani.

Vermərəm mən oların taəti-bibəhrəsinə,Tarı şahiddir özü, məsiyəti-düzdani.

Yenə filcümlə üsul ilə Üsuli danışır,O ki, Şeyxi saf eylə dibdən urar baltani.

Etməyib şərmü həya göz görə ƏbdülləhəElər isbat sərasər sifəti-sübhani.

Bişü kəm xaliqü məxluqda bir fərq gərək,Eləsən nik nəzər – bunda təfavüt hani?

Bir quru isimdən özgə dəxi həqqə nə qalır,Lənət olsun sənə, ey münkiri-həqq ruhani!

Bəs deyilmi olalar vasiteyi-külli-vücud,Bəs deyilmi məzhəri-feyzü kərəmi-rəbbani?

Bəs deyilmi olalar şəfeyi-ruzi-ərəsat,Bəs deyilmi səbəbi-fəthi-dəri-rizvani?

Nə rəvadır ki, dəxi bir də edək həqqə şorik,Biz imami, necə kim, qeyrilər İsani.

İki tarı yenə mümkünmü süluk eyləyələr,Gərək on dörd yerə bunlar bölələr dünyani.

Qasimü rizq demək gər bu isə, şamü səhərŞiri-yəzdən götürüb dəstinə paylar nani.

Bu dəni rütbə nə layiq o şəhi-kovneynə,Haşa-lillah götürə mənsəbi-fərraşani.

Yoxsa qəsdin budu ki, ruzirəsan onlardır,Sifəti-sanei müşküldü tapa insani.

Yoxdu bir ruzirəsan bari-xudadən qeyri,Odu muri mələxə rizq verən asani.

Mahiyi-bəhrə qılır qətreyi barani qiza,Seyd edir biperü balə məkəsi-pərrani.

Müşrikü mürtədü mərdudü nəsaravü yəhud,Vəqfdir cümləyə xani-kərəmü ehsani.

Doğrudur, raziqü mühyiyyü mümitdən qeyriHər sifət kim, deyələr var sifəti-imkani.

Bir deyən yoxdu ki, ey asiyi-dərgahi-ilah,Bir xəyal eylə ki, kimdir dediyin böhtani!

Gedəcək düxəzə, bişübhə, o mövla həqqi,Xaliqi-movtü həyat kim bilə ol mövlani.

Həm dəxi bir də deyirlər ki, Rüsulun CibrilBatinindən gətirir zahirinə Qurani.

Belə gər olsa, cəmin-şüəra mürsəldirKi, yazıb hər biri bir ciild, iki cild inşani.

Onların da yenə vardır neçə ülül-əzmi –Hafizü Sədiyü Cami dəxi həm Xaqani.

Mən də peyğəmbəri-namürsəliyəm Kolbasanın,Üməmtim Tanyaqü Külqışlaqü Xızrıstani.

Tutuban rahi-digər xarici olmaq yeydir,Bu isə tövrü təriqü rəhi-müslimani.

Bilməzəm hiç nə vəch ilə bu laməzhəblərBəhs edirlər ki, mükəlləfdi qamu əşyani.

Əqldir rəhbəri-nikü bədü həqqü batil,Şeyə ki, verməyib ani, necə tapsın ani?

Tifl ta baliğ olunca ona yoxdur təklif,Nə dəlil ilə mükəlləf biləsən heyvani?!

Gəllədən gər xəbər alsan ki, de, rəbbin kimdir,Göstərər ciddü yəqin ilə sənə çubani.

Bəndəsindən nə təvəqqö elə rəbbin ki, özüXəri-barikeşi-biçarəsinə...

Küfrdür qabili-təsbihi-təala bilmək,Fəzləyi-xəlqi yeyən sağsağanı, qarğani.

Aşiqin taəti məşuqə səzavər gərək,Bixirədlər nə bilir rəsmü rəhi-fərmani?

Belə məhbubə ki, əhbabdə yox təbü təvan,Qoymaz ortaya onunla rəvişi-peymani.

Zihəyatə, tutalım, cəhl ilə isbat etdin,Var oların da dedin hissü şüurü cani.

Elə insaf, nəbatat, cəmadat, gözüm,Kim inanır ki, tapa mərifəti-yəzdani?

Cümləsin bari-xuda növi-bəşərdən ötrüXəlq edib, hər biri bir dərdin ola dərmani.

İns ilə cinnədi təklifi-xudavəndi-cəlil,Üləma, eylə ki, təfsir qılır fürqani.

Bu nə qovğa, bu nə kavuş, məgər görməmisənOxunan vəqtdə sən surəyi-Ərrohmani?

Şeyxi şəyyadi hərçənd, üsulidə də həmYoxdu bir mü qədəri mərifəti-insani

Cümlə bədkarü dilazarü mühilü kəzzab,Cümlə bidinü süxənçinü şərarət kani.

Əllərində hamının səbheyi-səddanələri,Dillərində hamının şamü səhər yalani.

Bilə ya bilməyə bir yaxşı ziyafət eylə,Sal samavarə odu, dövrə gətir fincani.

Bir içim çay ilə yüz şahidi-bidin tapılır,Necə kim, Əli bəyin çıxdı göyə əfqani.

Cəfəri-kar ki, eşitməz, çalalar, zurna səsin,Der imiş mən hamıdan yaxı eşitdim ani.

Yeddi gündən sonra bir şəxs Dızaqdan yetişib,Qaziyi-şəhr yazıbdır biri də filani.

Eşidiblər ki, olur şahidi-şio məqbul,Bağlayıb uzun Hüseynəli dəri-dükkani.

Hozroti-qaziyə yanındakı Ağa NovruzEyləyib hər biri bir tərz münasibxani.

Biri bəqqali-bədəfalü kəlambazü füzul,Biri əhli-zəlomə zadeyi-Şəkkrəbani.

Belə şahidlər ilə hər kəsə deyn olsa sübut,Kişi neylər dəxi rəncü təabi-kimyani?

Hər kimin var isə həmmami edər qərzin oda,Bari bizlər kimiyə atmayalar böhtani.

Tümən oğlu Nuru netsin ona, ya özgə vəkil,Əhli-Təbriz təfənnündə... şeytani.

Yox məzəmmət yeri bu babdə hərgiz Əlidə,Rindi-şəhr ola özü əsli ola Məmqani.

Hər nə oldisə ona qazidən oldu, əlhəq,Var idi çünki onunla kədəri-pünhani.

Pəmbeyi-cəyşini verdi yelə ol bədbəxtin,Saldı bir dərdə ki, heç nüsxədə yox dərmani.

Yazdı biməksü təvəqqüf iki saətdə həminSurəti-şəri həzarü du sədü tumani.

Şərtdir şər hüzurunda rəhü rəsmi-ədəb,Nə ki, sərkub olnua bir tərəfin əqrani.

Molla, nə molla, əsiri-şikəmi-əndər-piç,Qazi, nə qazi ki, siyr olmaz içə ümmani.

Filhəqiqə, mən onun müxlisi-dirinəsiyəm,Leyk doğru deməyin şərdə yox isyani.

Doğruluq qalmayıb əsla bu fəna aləmdə,Sərnigun ola, görüm, beylə yaman dövrani.

İstər idim dəxi də nəzmə verim tul, vəli,Dil dedi: “ömr keçib, qət elə bu hədyani”.

Əmiraslanə gərək dəftəri-digər yazıla,Çünki ol bədəməlin qeyr gərək dastani.

Yaxşı həcv eylər idi bu dəmin adəmləriniSağ gər olsa idi indi ol İbni-Cani.

Rişteyi-təbimə yox tab verən, çərx əfsusEləyib xak ilə yeksan qədi-Babani!

Getdi həmdərdlərim, bisərü saman qaldım,Bu ribati-kühənin yoxdu sərü samani.

Dəmi-rehlətdi, könül, bari-iqamət açma,Mizban xar tutar dir köçən mehmani.

Keçdi həzyan ilə övqat bağışla, yarəb,Bə-həqi-Əli cürmi-məni-pirani.

Nəçidir maliki-rizvan üzünə açmaya dər,Ola hər kimsənin əldə onun fərmani.

Zakiri-rusiyəhəm, gərçi günahım çoxdur,Var dəstimdə, vəli, Ali-Nəbi damani.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира