Ey qönçədəhanım, tazə-tərlikdə
Ey qönçədəhanım, tazə-tərlikdəNə gül həmta olub, nə lalə sənə.Gərək gözlərinə millər çəkiləHər kim desə vəhşi qəzalə sənə.
Məclisi-şahanə edəndə bərpa,Düşər əl-ayağa sağərü səhba,Dərgahına saqi eylər iltica,Baş əyər sürahi, piyalə sənə.
Qan tökər sübhü şam gözüm mərdümi,Al eylər dəmbədəm ruyi-zərdimi,Yalvarıb yapışa, deyə dərdimi,Tapşırmışam badi-şimalə, sənə.
Açanda zülfündən bəndü bağı sən,Porişan eylərsən ittifaqı sən.Can alansan, həramisən, yağısan,Heç kafər olmasın həvalə sənə.
Zakir, nə çəkirsən münca intizar,Yad eyləyə səni mümkün deyil yar;Nə qədər ki, sağdır qoyarımı əğyarYetişə ol şahdan növalə sənə?
Kitabxana.az · https://kitabxana.az/ru/works/zakir-ey-qoncedehanim-taze-terlikde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Basdı qədəm başıma sərvi-səhiqamətim,Keçdi fələkdən yenə dəbdəbeyi-rifətim.
Bunca kim, vardır ol qəmzeyi cadudə bəlaBunca kim, vardır ol qəmzeyi cadudə bəla,Yoxdu yüzdən biri bu çərxi-cəfacudə bəla.
Vurub dün bərgi-gül həmrənglik lafın dodağiləVurub dün bərgi-gül həmrənglik lafın dodağilə,Səba torpağə salmış, hər yetən tapdar ayağilə.
Qatdım əsir zülfi-pərişanə könlümüQatdım əsir zülfi-pərişanə könlümü,Atırmasa o silsiliədən şanə könlümü.
Стихи других поэтов · О вине
Aşiqə şərabla məstlik nə gərək,Saqi, bu məclisi bizdən yana çək!
Ay ağaDindirməyin halı müşgül olmuşam,Fələk məni başdan salıb ayağa.
Kuyindən alır daim rövnəq gülü bustanlarKuyindən alır daim rövnəq gülü bustanlar,Torpağını ol kuyin təşkil eləyir canlar.
Bu günBaşına döndüyüm ay Mah xanım,Ol güllü bağlara varmışam bu gün