Ey bimürvət, məni cana yetirdin
Ey bimürvət, məni cana yetirdin,Bunca cövrü cəfa birdən olurmu?De görüm ki, neyləmişəm sənə mən,Azürdəlik əbəs yerdən olurmu?
Gözlərin nərgizə verib ozabı,Ləbin xəcil eylər şərabi-nabı,Üzarın ərəqi, hüsnün gülabıYasəməndən, güli-tərdən olurmu?
Bəstəri-möhnətdə xəstəhalam mən,Təbiblərdə yoxdu dərdimi bilən;Göz yaşilə namə yazsam, görəsən,Bizə çarə o dilbərdən olurmu?
Yeridikcə eylər o şuxi-şəhbazAl çarqatın ucu havada pərvaz;Belə işvə, belə qəmzə, belə naz,Belə qamət, belə gərdən olurmu?
Gözəl olan gərək dünyadə möhkəm,Unutmaya yarın bir saat, bir dəm,Səg rəqib sözilə, sevdiyim adəm,Zakir kimi süxənvərdən olurmu?
Kitabxana.az · https://kitabxana.az/ru/works/zakir-ey-bimurvet-meni-cana-yetirdin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ey sevdiyim, səndən cüda düşəli,Nə səbrü sükunun, nə taqətim var.
Ey cismimin canı, gözümün nuruEy cismimin canı, gözümün nuru,Eylədiyin əhdü vəfadən utan!
Eşitdim gözəllər seyrə çıxıbdırEşitdim gözəllər seyrə çıxıbdır,Getdim, gördüm canlar alan gəlməmiş.
Əyyami-zimistan keçdi, sevdiyim!Əyyami-zimistan keçdi, sevdiyim!Dur seyr elə, işrət baharıdır bu!