Ey cismimin canı, gözümün nuru
Ey cismimin canı, gözümün nuru,Eylədiyin əhdü vəfadən utan!Gecə-gündüz çakər kimi dərindəÇəkdiyim cövr ilə cəfadən utan!
Əbəs yerdə xəcil oldum arada,Əqlü huşu verdim fənayə, bada...Gözüyaşlı məni qoyub burada,Qeyr ilə sürdüyün səfadən utan!
Eylədin həvalə eşq odun cana,Gördün ki, yanıram, çəkildin yana;Canın nisar edən Şeyx Sənana,Vəfadə düxtəri-tərsadən utan!
Ey bimürvət, neyləmişdim sənə mən,Rahi-ümmidimə döşədin tikən.Məhəbbət yolunda bəlalər çəkənZüleyxadan, Şirin, Leyladan utan!
Şikəstə Zakirəm, sevmişdim səni,Atəşi-fəraqə yandırdın məni;Həq dost tutmaz iqrarından dönəni,Bəndeyi-xudasən, xudadən utan!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zakir-ey-cismimin-cani-gozumun-nuru
Клавиши ← → для перехода, R — случайное стихотворение