Bəylər bəyə
Bəylər, nə layiqli Xan qulluğunaBir kəs atlı gedə, piyadə gələ?İldə bir yol düşür mənim güzarım,Vay onun halına ziyadə gələ.
Böyüyün dərində lazımdır dərban,Axşamdan ola bəndeyi-fərman;Təmənnasız gələn olur-peşiman,Gələ gör bir adam muradə gələ!
Oğurluğa əcəb olubsuz mötəd,Həmrahi-birahın dad əlindən, dad!Gələndə şad gələr, gedəndə naşad,Hər kimsə ki, sizin bərbadə gələ.
Gəlməyən adama deyirsiz: gəlin!Müşküldür qayıtmaq ayağı yalın.Mən yenə qıvrağam, AdıgözəlinGərək dalısınca ərradə gələ.
Məsəli-məşhurdu: "quş dənə gələr",Sizdə bir nəf yox səvayi-zərərGəlməz o qapıya heç kimsə məgər,Horadiz, Quyucaq fərdayə gələ.
Bundan sonra girən xanın evinə,Gərək başmaqların soxa cibinə,Ya keçirə saf otağın dibinə.Nə isə mühəyya, amadə gələ.
Lazımdır tərəddüd xeyirdə, şərdə,Ydalət üzünə çəkibsiz pərdə,Bir təziyə olsa, xudanəkərdə,Gümanım yoxdur ki, molla də gələ.
Bir adam təyin et asitanəyə,Yaxşını, yamanı görcək tanıya;Nə eşiyə, nə də qəhvəxanəyə,Qoymaya hər yetən ... dadə gələ.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zakir-beyler-beye
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ver müjdəmi, ey dil ki, nigarın gələcəkdir,Qönçədəhanü laləüzarın gələcəkdir,
Etdi Məcnun kimi şeyda məni bir LeylicəmalEtdi Məcnun kimi şeyda məni bir Leylicəmal,Türki-xəncərkeşü aşiqküşü pürşurişü qal,
Nə xoşdur bir nigarın müddət olmaq intizarındaNə xoşdur bir nigarın müddət olmaq intizarında,Qoyub baş xakə, yatmaq həsrət ilə rəhgüzarında,
Nə xoşdur dövri-ruyində müsəlsəl ol qəra zülfünNə xoşdur dövri-ruyində müsəlsəl ol qəra zülfün,Sərasər hər tükü üşşaqə bir dami bəla zülfün,
Стихи других поэтов
Məni yardan ayırdılar,Sənə olsun xəbər, xanım
Yandırdın MəniYanasan yanasan yandırdın məniSən də mənim tək yanasan könül
Əvvəl AllahƏvvəl Allah – imdi qüvvətHind elinin saf ürəkli ərləri!
Uşaqları məktəbə şövqləndirməkUşaqlar, hazırlaşın, durun, gedin məktəbə,Tə’lim alıb oxuyun, adət edin ədəbə.