Böyük bəyə
Ey böyük bəy, bizə sən verdiyn təxtMənim dişlərim tək ovraq olubdu.Çürüyübdür payələri sərbəsər,Bir tutumdan hələ alçaq olubdu.
Pozulubdu, dağılıbdı dörd yanı;Əgər gönədərəsən usta Sehranı,
Yəqin bil ki, yoxdur qurmaq imkanı –Bir növ ilə gərdən-bucaq olubdu.
Bir payəsin mıx çalmıaşm danaya,Birisi gəlmədi heç ovsanaya,Birin övrət paz yondrub hanaya,Birindən bir əcəb toxmaq olubdu.
Dağılıb iqlimi-Iranə dönüb,Yıxılıb sərayi-viranə dönüb,Əyilib qaməti-piranə dönüb,Taməm paçələri çoynaq olubdu.
Neyləsin, işlənir müddətdən bəri,Qalmayıbdı hərgiz şənlik əsəri;Sındıqca yonulub döşəmələri,Ən uzunu iki barmaq olubdu.
İp ilə baş-başa çatmalı deyil,Götürüb ocağa atmalı deyil,O qədər güdəlib-yatmalı deyil.Uşaq beşiyindən qıvraq olubdu.
Lazımdı qocadan eyləmək həzər,Ölməyi övladır, bihudə gəzər,Hər zaman uzansam böyrümü əzər,Sanasan ki, quru qatlaq olubdu,
Natəvanəm birə mənə güc eylər,Heç bilməzəm yerdə yatan neceylərTa sübhədən qaşınmaqdan gecələrVar ondamım dırnaq-dırnaq olubdu
Rəncü təəb əsər etməz qalına,Axşamadən yük götürə dalına.Mən zərdü zəifəm, xoşa halınaHər kim ki, sənin tək topçaq olubudu.
Bərabər gərəkdir uzunu, eni,Qorxuram təng ola, incidə məni,Çünki il yarımdır bizim keyvəniYatmaqda mənimlə ortaq olubdu.
Ey mədəni-səxa, ey kani-kərəm,Gərəkdir gözlüyə adəmi adəm;Bəxş eylə Zakirə bir təxti-möhkəm,Qoyma, xabgahım çardaq olubdu.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zakir-boyuk-beye
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dilbər sən gedəndən bəri könlümünNə səbri, sükunu, nə qərarı var.
Dilbər, sən gedəli xəstə düşmüşəmDilbər, sən gedəli xəstə düşmüşəm,Gəl gör ki, intizardı can sənə.
Dilbər, səni tarı, günəş camalınО, сердце украв, будь мне солнца светлей!Открой мне ланиты, чтоб стали видны!
Dilbər, tər sinədən götür çarqatıDilbər, tər sinədən götür çarqatı,Qoy bir də görünsün göyçək məmələr,
Стихи других поэтов
Bütün zalımların yurdu, İlahi, tarümar olsunFüqərəyə zülm edən şəxsi yaman dərdə düçar olsun
مشک است توده توده نهاده بر ارغوانزلفین حلقه حلقه آن ماه دلستان
Hər kəsdə kəmal olmasa ürfanlığa dairHər kəsdə kəmal olmasa ürfanlığa dair,Nitq edə gərək bisərü samanlığa dair.
Təcnis: Çığrışıb çığrışıb ötən sonalarÇığrışıb çığrışıb ötən sonalarYaşım nədən oldu yarada bilmən