Dilbər, tər sinədən götür çarqatı
Dilbər, tər sinədən götür çarqatı,Qoy bir də görünsün göyçək məmələr,Həsrətin çəkməkdən cana yetmişəm,Açsın könlümüzü çiçək məmələr.
Örtüb basdırırsan gül pirəhəndə,Bu xasiyyət nədir, bilməzəm, səndə?Qar deyil əriyə nəfəs dəyəndə,Bir şey deyil yeyək, içək, məmələr.
Eşq əhlinə olsa xoş iltifatın,Gətirmə adını abi-həyatın;Şirinlikdə balın, qəndü nəbatınTamamı yalandı, gerçək-məmələr.
Zakir, hamı dərddən bu dərddi yaman –Bir kəs ahıl ola sevə növcavan;Qorxuram diş düşə, tökülə dəndən,Durmaya ağzında sürçək məmələr.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zakir-dilber-ter-sineden-gotur-carqati
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Fəsli bahar gəldi, könül, künci-bağ tut,Möhnət bizi ayaqladı, bir dəm əyağ tut.
Fəsli bahar gəldi, könül, şad kam bulFəsli bahar gəldi, könül, şad kam bul,Yox etibar gərdişi-əyyamə, cam bul.
Xəlqə şərh etmək qəmi-hicrin nə hacətdir mənə!Xəlqə şərh etmək qəmi-hicrin nə hacətdir mənə!Laləvəş sinəmdə dağların şəhadətdir mənə.
Hər yana kim, seyr üçün ol şahi-xuban düşərHər yana kim, seyr üçün ol şahi-xuban düşər,Saya kimi yanana əqlü dilü can düşər.