Əyil sular üstə, tökülsün kölgən,Oxşasın kölgəni çeşmənin əli.Qoy desinlər quşlar: – gülləndi bağça,O sarışın gözəl bağa gələli.

Əyil həlqələnsin suda işığın,Ərisin sularda yaqutu rəngin.Qoy sənin şövqün, sənin şəfəqin:Küllü izlər açsın bulaqda dərin.

Gəl sönən qürubun kəhrəba rəngi,Boyasın həyatın ağ pərdəsini.Qoy dinləsin könlüm, qəmli axşamdaBağlarda xəzanın son nəğməsini...

Əsatirin gözəl məbudəsi tək,Öz eşqinlə yandır, macəra könlümü.O, bayğın baxışla, ay türk gəlini,Etmə pərişan bu yara könlümü...

O odlu baxışın məni süzürkənAçılar ruhumda bir üfüq, ondaEşqin səbahi kimi, gülür uzaqdanMavi pərdələrdə səhər əngiz dünya.

Əyil sular üstə... axşam ulduzu!Seyr et asimanın dərinliyini.O mavi aləmin ehtizazında,Qoy zülfün oxşasın sərinliyini.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви