Qorxma, bu mavi göy altında yanan günəşin,Və üfüqlərdə gülən al şəfəqin sönməyəcək.İlk baharına açacaq gül, ötəcək bülbüllər,Dünyamız bir də bu aləmdə xəzan görməyəcək,

Dünya durduqca Səhəndin uca bürcündə yanan,Ol gümüş rəngli ay yolları aydınlaşdıracaq,Axacaq nəhrlərin, həm açacaq lalələrin,Bir də evlərdə inan sönməyəcək od və ocaq.

Ey mənim şanlı elim, həmvətənim, al günəşim,Ayna tək parlaq üfüq, dərya təkin çərx əsir.Ey qadınlar, analar, bircə açın pəncərəni,Sübh açılmaqdadı, sübhün yeli dağlardan əsir...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе