Bahar oldu, könüllər şad olan mövsümdü, yarım yox
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Bahar oldu, könüllər şad olan mövsümdü, yarım yox,Başımda nəşeyi-mey, əldə cami-xoşgüvarım yox.
Sən, ey bülbül, fəğan et güldən ötrü səhni-gülşəndə,Mənim nitqim tutulmuşdur ki, yari-gülüzarım yox.
Sənin döndü xəzanın, vəsli-güldən novbahar oldu,Mənim fəsli-xəzanımdır kim, ol rəşki-baharım yox.
Açıldı qönçə, bülbül vəsli-güldən yetdi didarə,Edib çaki-giriban ölməzəm mən, hiç arım yox.
Nə nəqdim var meyi-nabə, nə rəhni-camə dəstarım,Bətər ondan bu kim, meyxanələrdə etibarım yox.
Nə tərğib eyləyirsən cənnətə hərdəm məni, vaiz,Mənim baği-behiştim yardır, cənnətdə karım yox.
Макта — последний бейт с тахаллусом поэта. Həzər qıl, yaxma dildə ah odilə navəkin, Seyyid,Mənim ol qaşı yaydan bundan özgə yadigarım yox.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-bahar-oldu-konuller-sad-olan-movsumdu-yarim-yox
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Əvvəl mənə bir lütf edib sonra qılır bidadlər,Ta kim şikayət etməgə lütfi pəşiman eyləsin.
Bunca daş atma fələk, Seyyidi-divanəyə kimBunca daş atma fələk, Seyyidi-divanəyə kim,Atsa bir daş eləyər şişəni sədparə sənin.
Yar hər namə ki, hər aşiqi-biyarə yazarYar hər namə ki, hər aşiqi-biyarə yazar,Yazsa bir lütfümü yüz yol genə təkrarə yazar.
Göftgu eylərdi əğyar ilə, görcək göz yaşımGöftgu eylərdi əğyar ilə, görcək göz yaşım,Gəldi kim, ondan sual eylərdim əhvalın sənin.
Стихи других поэтов · О вине
Kimdir ki, verməsin könül əbrukəmanlara,Dil verməmək mahaldı bu dilsitanlara.
QaçqınÖrtünmə, dur! Kimsən, nerəlisən sən,Gözəl qaçqın, başı bəlalı qaçqın!
Səmərqənddə bir qız gördümSəmərqənddə bir qız gördüm, adı Mərhəmət,Qaşı qara, gözü qara, özü də duzlu.
Niyə gəlmədin“Mey”dən könül küsdü, sana sarıldı,“Gəldim ” deyib durdun, niyə gəlmədin?