Qaçqın
Örtünmə, dur! Kimsən, nerəlisən sən,Gözəl qaçqın, başı bəlalı qaçqın!Gülümsə nur saçılsın üz gözündən,Ey hər halı mələk ədalı qaçqın!...
Zülfünü qoynunda bəsləmış gecə,Süzgün gözlərin, gül üzün pək incə,Künül məst olur sən gülümsədikcə,Ey nazlı dağların maralı qaçqın!
Mən istərəm ömrüm səninlə gülsün,Söylə, nə dərdin varsa anlat bütün;Aman, nə oldu ki, sən böylə düşdünYurdundan, elindən aralı qaçqın!
Ah, səni gördümdə dağıldı huşum,Vuruldum sənə sanki bir sərxoşam,Mən də sənin kimi qərib bir quşam,Gəl mənə, ey könlü yaralı qaçqın!...
Kitabxana.az · https://kitabxana.az/ru/works/cavid-qacqin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О вине
Nə qəmim var cahan icrə bənim, yar bənim,Nəyim əksikdi bənim, yar bənim, var bənim.
Təxəttüri-maziBir zaman, ah ki, bir tair idim azadə,Əcəba, kim məni saldı bu xərababadə?
Saqiya, bir şur ilən gəl, şurləndir məclisiSaqiya, bir şur ilən gəl, şurləndir məclisi,Bu xumarı rəf edib məxmurləndir məclisi.
Хосров и Ширин, глава 49چهارم روز مجلس تازه کردندغناها را بلندآوازه کردند