Hər aşiqin ki, sən kimi bir məhcəmalı yox,Nöqsanı var ki, eşqinin əsla kəmalı yox.

Yüz xətt ilə küsuf edə xurşidi-tələtin,Mehrin dilimdə zərrə qədər bir zəvalı yox.

Ey bəxtimin sitarəsi, xətt içrə ruyüviGər ay tutuldu dersə görənlər, vəbalı yox.

Yüz vədeyi-visal eləsin ol pəricəmal,Hərgiz gəlib görünməsinin ehtimalı yox.

Макта — последний бейт с тахаллусом поэта. Seyyid, qayıt, bu mərhələdən kəs ayağını,Axır bu rahi-meykədənin bir məalı yox.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви