Oğluma nəsihət (Ey oğul, bil ki, ola əta kani)
Ey oğul, bil ki, ol əta kani
Xəlq edib səndən ötrü dünyani.
Sənə etmiş müsəxxər əflaki,
Başına qoydu taci-lovlaki,
Məhü xurşidü çərxü əbr ilə bad
Səndən ötrü olubdular icad.
Səndən ötrü bular nümayandır,
Əmrüvə cümlə bəndəfərmandır.
Ey oğul, ərzü asimandü sənin,
Əsldə kövn ilə məkandü sənin.
Aşinadır bular sənə yeksər,
Çeşmi-biganə ilə etmə nəzər.
O çoban kimi olma, ey xoşxu,
Nagahan tapdı yolda bir güzgu.
Əlinə şadiman aldı çoban,
Baxıb öz əksin onda gördü əyan.
Dedi: – Əfv eylə, ey məlaik xu,
Elə bildim ki, səngü gildir bu.
Əksini özgə kəs xəyal etdi,
Qoyub ayinəni yerə, getdi.
Kəndli əhvalatı
Şəhrə varid olur bir əhli-dehat,
Qalır övzai-xəlqi görcək mat.
Görür ol binəva ki, bir baqqal
Buzdan eylüb təbaqi malamal.
Səslənir hər zaman ki, ay yəxəsər,
Saf, dürdanə, ay haray, yəxəsər.
Buz qoyubdur kişi qabağında,
Yəxəsər yox bunun tabağında.
Müttəle olmağa bu əhvalə,
Bir manat pul verir o baqqalə –
Ki, hanı bəs, gətir mənə “yəxəsər”,
Adı var, leyk yox özündən əsər.
Bir-iki parça sındırıb baqqal,
Dedi: – Qardaş, çağır gələ həmmal.
Dedi: – Səndən mən istərəm yəxəsər,
Buza pul verməyimdə yoxdur əsər.
Dedi baqqal o mərdə: – Key sadə,
“Yəxəsər” buz deməkdü mənadə.
Bildi məna, oyandı qəflətdən,
Qoydu qaçdı pulunu xiclətdən.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-ogluma-nesihet-ey-ogul-bil-ki-ola-eta-kani
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Çay kənarında bir nəfər abidHəqqə olmuşdu şövq ilə sacid.
Aləmdə səsim var mənimƏmərəm ləblərini ta nəfəsim var mənim,Tutiyəm şəkkərə, ey gül, həvəsim var mənim.
Alimi-biəməl vaqiəsiBir nəfər mərd getdi təhsilə –Ki, yetirsin ülumi təkmilə.
Alimin zalım padşaha cavabıDedi bir əhli-elmə bir zalim –Key olan şər sirrinə alim!
Стихи других поэтов
Sahilində qaldım Kürün,Verdim Kürlə baş-başa mən.
DağlarınDuman - çiskin basıb, görünməz olub,Görünmür yaxası, başı dağların.
SənDeyirəm bəs dostum, niyə düşübsən,Demə urcahsanmış bəd əsilə sən.
Rəhi-eşq içrə mənzurum mənim ol tacdarımdırRəhi-eşq içrə mənzurum mənim ol tacdarımdır,Könül mülkündə sultanım, xücəstə şəhriyarımdır.