Rəhi-eşq içrə mənzurum mənim ol tacdarımdır,Könül mülkündə sultanım, xücəstə şəhriyarımdır.

Əgərçi guşeyi-qəmdə şikəstəxatirəm, lakinSəri-kuyində dövr edən xəyali-biqərarımdır.

Kəməndi-eşqinə bağlı gedib könlüm, inanmazsan,Yoluna göz dikən şahid dü çeşmi-əşkbarımdır.

Şikənci-zülfdən könlüm mütəvvəl arizu eylərSəri-zülfün kimi bərhəm pərişan ruzigarımdır.

Sənin əğyar ilə könlün əgərçi şadü xurrəmdir,Həmişə naləvü əfğan mənim də şüğlü karımdır.

Sənin gər var isə bu qaməti-mövzun, ruxi-gülgun,Mənim də dövlətü cahım bu eşqi-paydarımdır.

Макта — последний бейт с тахаллусом поэта. Kəminə bivəfa görsə səni, vallahı incinməz,Səni məndən iraq edən bu bəxti-kəcmədarımdır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви