Ənbərin buyu əgər dolmuş o geysulərdə
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Ənbərin buyu əgər dolmuş o geysulərdə,Belə xoş buy dəxi olmaz o xoşbulərdə.
Gər deyəm muşk, o, ahuyi-Xutəndə tapılur,Etmişəm bəlkə xəta, yox o iy ahulərdə.
Tərbiyə etmiş onu, bəlkə, mələk, ya ki, pəri,Var güman: gozdə olur cunki o cadulər də.
Zülfi-müşkinin alıb dövri-ruxun halə sifət,Belə bir halət olur cümlə o məhrulərdə.
Bənd olub zulfə dəxi qaşu goz ilə xalə,Bilməzəm ondadımı könlü və ya bulərdə?!
Gözümü kəsmənəm ol gözdən oluncə, bəlkə,Dili-gumgəştəni cün tapdım o yarğulərdə.
Макта — последний бейт с тахаллусом поэта. Bivəfadə nə məhəbbət, nə dəyanət, nə vəfa?!Ey Kəminə, tapılur bəlkə də dilculərdə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/kemine-enberin-buyu-eger-dolmus-o-geysulerde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Rəhi-eşq içrə mənzurum mənim ol tacdarımdır,Könül mülkündə sultanım, xücəstə şəhriyarımdır.
Saqiya, mey ver ki mən meyxanədə küllənmişəmSaqiya, mey ver ki mən meyxanədə küllənmişəm,Qəm hücumundan qaçıb bir küncdə gizlənmişəm.
Şuri-eşqin eyləyib bəs ki, məni divanəŞuri-eşqin eyləyib bəs ki, məni divanə,Şohreyi-şəhr olubam aləm-əra əfsanə.
Yarəb, məni cəfayə salan şad olmayaYarəb, məni cəfayə salan şad olmaya!Səyyadi-zülmə seyd olub, azad olmaya!