Əcəb sevdadı bu, sevdayə düşdüm,Rəhi-eşqin tutub qovğayə düşdüm.

Nə dünyada gəzib kamə irişdim,Nə fikri-yar ol üqbayə düşdüm.

Rəhi-eşqini əvvəl səhl sandım,Bəli, axırda ahu vayə düşdüm.

Soraği-buyi-zülfini səbadənEşitdim. ta belə səhrayə düşdüm.

Nə bir lölö ələ saldım. nə bir dür,Əbəs. ğəvvas olub dəryayə düşdüm.

Ədəm beytində biruhi-ğəm ikənDüçari-ğəm olub dünyayə düşdüm.

Dəmi-gülzari-vəslində gəzərkənDiyari-hicr tək məvayə düşdüm.

Макта — последний бейт с тахаллусом поэта. Kəminə can nisar eylərdi mütləq,Yoxumdur can ki mən bimayə düşdüm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви