Mərizi-eşqə əlac eyləməz təbib, ölmə!Bu dərdə carə edər visləti-həbib, ölmə!

Visalə talib olan aşiqə bəla yetişur,Fəraqə səbr elə, sən munca bişəkib, ölmə!

Xəyali-zulf səni xeyli natəvan edəcək,Səni məriz edər cesmi-dilfərib, ölmə!

Fəğanu nalə cəkib, qılma hicrdən şikvə,Budur uınid, sənə vəsl ola nəsib, ölmə!

Demə vətəndə mənə bir ənisu munis yox,Sənə ənis qəmi-eşqdir, qərib, ölmə!

Qiyam qılmasa gər, sərvqəddu siməndamKi, ruzi-həşr sənə olmaz ənqərib, ölmə!

Макта — последний бейт с тахаллусом поэта. Şikayət etmə, Kəminə, rəqib cövrundən,Kəməndi-hicrə duşəp, sən kimi, rəqib, ölmə!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви