Eləsin
Bir kimsə yox izhar edim dərdimi,Deyim, dursun dərdə dərman eləsin.Rəhmi gəlsin mən aşiqin halına,Şikəstə könlümü xəndan eləsin.
Gecə-gündüz çağırıram mən Tanrı,Könlümün mətləbin sən yetir barı.Hər kimin vardır vəfalı yarı,Şirin canın ona qurban eləsin.
Mən füqərə çox elədin sitəmi,Gün-bəgün artırdın möhnəti, qəmi.Xar olubdur qızıl gülün həmdəmi,Şeyda bülbül ah-əfğan eləsin.
Sənə qurban olum, gözəllər xubi,Mina gərdən, sinə mərmər, qəd-tubi.Hər aşiqin ayrı düşsə məhbubi,Yaxa yırtsın, dideyi-giryan eləsin.
Ağ yüzə düzübdür siyah xalları,Əcəb müşki-Xoten, qönçə gülləri.Əsgər dir, ənbər boylu tilləriTöksün sədrim üstə əfşan eləsin.
Kitabxana.az · https://kitabxana.az/ru/works/esger-el-sairi-elesin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Ölməzdən əvvəl öldülərHaqq yolunun aşiqləri
Məndən — səndənNazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,
Gəraylı: Yaxşı olur qövm qardaşYaxşı olur qövm ü qardaşEl başına dönim sənin
Su verSallanıban bağdan gələn ay maralım, bir su ver.Malım-mülküm sənin olsun, küllü varım, bir su ver.