Nazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,Bayram olsun, xına yaxım dəstinə,Əlvan məndən, gülgəz məndən, əl səndən

Qoşa xal yaraşmış al yanağında,Öldürdün aşiqi sərxoş çağında,Bülbül kimi qoy dolanım bağında,Cəfa məndən, möhnət məndən, gül səndən

Dilbər, eşqin məni saldı biryana,Həcrində mən kül oldum yana-yana,Vəslinlə sən qəmdən məni çək yana,Yazı məndən, dəftər məndən, dil səndən

Rəhm elə bu Aşıq Dönü qoluna,Şirin canım qurban olsun yoluna,Şanə kimi qoy sarılım telinə,Müşk məndən, ənbər məndən, tel səndən

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви