Sən bir gülüsən, sevgilim, ən tazə baharım,Bir bülbülüyəm mən də bu qiymətli diyarın.

Bir böylə gözəllik ki, təbiət sənə vermiş,Olmaz, gözəlim, qisməti hər nazlı nigarın.

Bir naz ilə baxmaqla yıxıb könlümü getmə!Heç ovçu atıb getməmiş aləmdə şikarın.

Eylər bu kifayət mənə, mey zövqü nə lazım,Hər dəm ki, düşər xatirimə çeşmi-xumarın.

Hər tari-səri-zülfdə min can var əsirin,Mənası budur, dinlə sədasın dəfü tarın.

Xanəndəyə ver fikrini, pəjmürdə oturma,Mənasını qan, rəmzini bil “Şur”ü “Qatar”ın.

Məqsəd sənin ovsafi-cəmalındır həmişə,Gülşənləri fəryadı tutub bülbüli-zarın.

Vahid, mey əgər zövq verir, lakin unutma,Hər sübh zamanında onun rənci-xumarın.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви