Gözəlim, gül yanağın qırmızıdır məxmərdən,Dodağın ləldən artıqdı, sinən mərmərdən!

Güldə varsa nə gözəllik, gözəlim, səndə də var,De görək, bir nəyin əskikdi güli-əhmərdən?

Dəhənin qönçə, belin incə, üzün gül kimi tər,Saçların sünbülü avarə salıb çöllərdən.

Əhli-eşqə bu qədər naz eləmək yaxşı deyil,Bəsdir, insaf elə, əl çək bu yaman şakərdən!

Necə əğyarə baxırsan, gözəlim, qan olmaz,Göz ucuyla bizə də bir nəzər etsən hərdən.

Eşq zəncirinə yüz dəfə giriftar olsun,Mənə hər kim desə, əl çək bu qara gözlərdən.

Bu pəriçöhrələr eşqində gözəldir, Vahid,Qəzəli sən deyəsən, mən oxuyum əzbərdən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви