Bu hüsn ilə, gözəlim, sən gözəllərin gözüsən!
Bu hüsn ilə, gözəlim, sən gözəllərin gözüsən!Nə vaxtadək salacaqsan fərağına bizi sən?
Deyirdilər ki, mələk var, ona inanmazdım,Səni görən tək inandım, dedim ki, sən özünsən.
Qaşın, gözün, yerişin, qamətin qiyamətdir,Gözəlliyində tamamsan, qərəz ki, hər üzü sən.
Rəqib ilə məni bir gözdə görmə, insaf et,Gərək özün biləsən indi əyrini, düzü sən.
Nəzərdən aşiqini salma, baxma özgələrə,İnanma, alma hesaba, amandır hər sözü sən.
Səninlə xalqımızın, haqqı var ki, fəxr eləyir,Bu şanlı ölkəmizin sən şərəfli bir qızısan.
Evin yıxan da odur Vahidin, bilirsən özün,Atırsan hərdən ona naz ilə bu qaş-gözü sən.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-bu-husn-ile-gozelim-sen-gozellerin-gozusen
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Demə, ey gül, ölərəm, getmə gözümdən o yana,Gərək aşiq dözüb hər cövrünə yarın, dayana.
Gərçi dərd əhli içir badəni cansağlığınaGərçi dərd əhli içir badəni cansağlığına,İçirəm mən onu bir afəti-can sağlığına.
Ey gül, dağıtma sünbüli-zülfün üzarına!Ey gül, dağıtma sünbüli-zülfün üzarına!Ahəstə şanə çək ki, tökülsün kənarına.
Buraxma, ey könül, ol nazlı yarı özbaşına!Buraxma, ey könül, ol nazlı yarı özbaşına!Rəva deyil, qala ellər nigarı özbaşına.