Buraxma, ey könül, ol nazlı yarı özbaşına!Rəva deyil, qala ellər nigarı özbaşına.

Gözilə kirpiyi birlikdə qan tökür gecələr,Əcəb qalıb yenə dərya kənarı özbaşına!

Qərara gəldi rəqib, əl götürsün ol güldən,Nə etibar ona, dəysin qərarı öz başına!

O qarə gözlünü gözdən kənara qoyma, könül,Buraxmaz ovçu gözəl bir şikarı özbaşına!

Gülüzlülər nə qədər varsa, bağbanı mənəm,Necə qoyum belə bir gülüzarı özbaşına?!

Rəqibi yarə tərəf qoymayın, yaxın gəlsinKi, gül solar, görə gülşəndə xarı özbaşına!

Ümumə xidmət elə, qorxma Vahid, artarsan,Ki, sanma el qazanıb etibarı özbaşına!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви