Ey gül, dağıtma sünbüli-zülfün üzarına!
Ey gül, dağıtma sünbüli-zülfün üzarına!Ahəstə şanə çək ki, tökülsün kənarına.
Bəsdir, bu qədr naz ilə öldürdün aləmi,Dünya verilməyib, gözəlim, ixtiyarına.
Meydən ziyadə nəşə verir xəstə könlümə,Hər dəm baxanda nərgisi-məsti-xumarına.
Kuyində xoş keçər günüm, əğyarə baxmasan,İndi bu iş qalıb sənin öz etibarına.
Biganə gördü ləzzətini lalə ruyinin.Bir rəhmin olmadı bu dili-dağdarına.
Hər kim ki, aşiqəm dedi, Mənsurtək sənə,Düşdü kəməndi-silsileyi-tabdarına.
Vahid, biz öz nigarımızın mübtəlasıyıq,Sən də çalış ki, könlünü ver öz nigarına.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-ey-gul-dagitma-sunbuli-zulfun-uzarina
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Keçdi min naz ilə ol dilbəri-məhparə belə,Bir də dönsə, vuracaq sinəmə yüz yarə belə.
Gözəlim, el duyar axır, mənə az qaş-göz elə!Gözəlim, el duyar axır, mənə az qaş-göz elə!Bir də aldanmaram, ölsəm də, vəfasız gözələ.
Gözəlim, tutma bərabər məni pərvanə iləGözəlim, tutma bərabər məni pərvanə ilə;O əgər şəmə yanır, mən ruxi-cananə ilə.
Gül sənə olmaz lətafətdə bərabər, RahiləGül sənə olmaz lətafətdə bərabər, Rahilə,Sən özün bir nazənin gülsən sərasər, Rahilə.
Стихи других поэтов · О любви
Eşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,
Sirri-eşqi demək olseydi, nihan etməz idimSirri-eşqi demək olseydi, nihan etməz idim,Dəxi gizlin bu qədər ahu fəğan etməz idim.
Geri durŞairəm, şüarayam,Bir lamü-ləngəm, geri dur!
Odlar gemişdi cânumuza hâli bu giceOdlar gemişdi cânumuza hâli bu giceDerdi komadı gönülümi hâlî bu gice